Apardı sellər Saranı — Azərbaycan xalq mahnısı. Əbülqasım Nəbati "Apardı sellər Saranı" şeirinin müəllifi sayılır.
Sözləri Apardı Sellər Saranı, Gedin deyin xan çobana. Gəlməsin bu il Muğana, Gəlsə batar nahaq qana.
Apardı sellər saranı, Bir ala gözlü balanı.
Arpa çayı dərin olmaz, Axar suyu sərin olmaz. Sara kimi gəlin olmaz, Apardı sellər saranı, Bir ala gözlü balanı.
Arpa çayı aşdı daşdı, Sel saranı qapdı qaşdı. Hər gözənin gözü yaşdı, Apardı sellər saranı, Bir ala gözlü balanı.
Qalı gətir otaq döşə, Sara yeri qaldı boşa. Çoban əlin çıxdı boşa, Apardı sellər saranı, Bir ala gözlü balanı.
Mədəniyyətdə 1996-cı ildə Bəhram Osmanov tərəfindən Azərbaycan televiziyası istehsalı Apardı sellər Saranı adlı televiziya tamaşası çəkilmişdir. Əsas rolu Məleykə Əsədova ifa edib.
Həmçinin bax Xan Çoban Əbülqasım Nəbati
Xarici keçidlər Apardı sellər Saranı Teymur Mustafayev tərəfindən Youtube da
Kateqoriya:Azərbaycan musiqisi Kateqoriya:Azərbaycan xalq mahnıları Kateqoriya:Azərbaycan dilində mahnılar