Ceyş əl-Mühacirin vəl-Ənsar ( Mühacirlər və Dəstəkçilər Ordusu) — Suriya vətəndaş müharibəsinin iştirakçısı olan silahlı birləşmə. Keçmiş adı olan «Mühacirlər Briqadası» («Kətibət əl-Mühacirin») adıyla da tanınır.

Tarixi Silahlı qruplaşma etnik çeçen Əbu Ömər əl-Şişaninin başçılığı ilə «Mühacirlər Briqadası» («Kətibət əl-Mühacirin») adı altında 2012-ci ilin yayında yaradılıb.

2013-cü ilin mart ayında isə suriyalı islamçı Kətibət Xəttab və Ceyş Məhəmməd qruplaşmaları ilə birləşən «Mühacirlər Briqadası» («Kətibət əl-Mühacirin») «Ceyş əl-Mühacirin vəl-Ənsar» («Mühacirlər və Dəstəkçilər Ordusu») adını alıb.

Qruplaşmanın tərkibi Əsasən çeçen, azərbaycanlı, dağıstanlı və digər Qafqazlı döyüşçülərdən təşkil olunan qruplaşmada digər MDB ölkələrindən olan döyüşçülərə də rast gəlinir.

2013-cü ilin sentyabr ayında Rusiya Federal Təhlükəsizlik Xidməti rəsmisinin bildirdiyinə görə Suriya vətəndaş müharibəsində döyüşmək üçün 300-400 Rusiya vətəndaşı ölkəni tərk edib.ФСБ: в Сирии воюют 300-400 наемников из России .

İstinadlar

Həmçinin bax İraq və Şam İslam Dövləti

Kateqoriya:Hərbi təşkilatlar Kateqoriya:Suriya təşkilatları Kateqoriya:Suriyada vətəndaş müharibəsi Kateqoriya:2012-ci ildə yarananlar Kateqoriya:Hələb Kateqoriya:ABŞ tərəfindən terror təşkilatı olaraq tanınmış təşkilatlar Kateqoriya:Cihad qruplaşmaları