Mirmehdi Mirkazım oğlu Ağaoğlu () — azərbaycanlı yazıçı və publisist.

Həyatı Mirmehdi Ağaoğlu 15 oktyabr 1982-ci ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olub. 1990–2000-ci illərdə Bakı şəhəri Sabunçu rayonu 170 saylı orta məktəbdə təhsil alıb. 2000–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu fakültəsində oxuyub.

Fəaliyyəti 2005-ci ildən Mirmehdi Ağaoğlu imzasıyla mətbuatda dərc olunmağa başlayıb. 2008–2012-ci illərdə "Xalqbank"da kassir vəzifəsində çalışıb. 2012–2018-ci illərdə isə "Kulis.az" internet dərgisində redaktor kimi fəaliyyət göstərib. 2019-cu ildən APA Holdinqdə redaktor vəzifəsində çalışır.

Kitabları 2011-ci ildə "Görüş" adlı romanı işıq üzü görüb.

2012-ci ildə "Küləyi dişləyən" adlı romanı ilə oxucuların qarşısına çıxıb.

2015-ci ildə "Bu gün səbir elə" adlı romanı çap olunub.

2016-cı ildə "Alman malı" adlı müxtəlif illərdə qələmə aldığı hekayələrindən ibarət kitabı "ATV Kitab" seriyasından "Parlaq imzalar" nəşriyyatında çap edilib.

2020-ci ildə "Oğlum üçün hər şey" adlı kitabı Türkiyədə işıq üzü görüb.

2021-ci ildə "Zəfərin izi ilə" adlı kitabı çap olunub. Kitaba müəllifin 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı hazırladığı reportajlar daxil edilib.

Tərcümələri 2017-ci ildə Amerika sosioloqu Erik Hofferin "Əsl inamlı" əsərini Azərbaycan dilinə tərcümə edib.

Uğurları "Küləyi dişləyən" romanı 2011-ci ildə keçirilən Milli Kitab Mükafatında qısa siyahısına düşüb və beşinci yerin sahibi olub.

2015-ci ildə Azərbaycan Yaradıcılıq Fondu və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə keçirdiyi "Quran motivləri əsasında hekayə" müsabiqəsinin qalibi olub.

2017-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Qızıl Kəlmə" ədəbi mükafatının "Şans" ödülünə sahib olub.

2017-ci ildə ədəbi-publisistik fəaliyyətinə görə "Ədəbiyyat qəzeti"nin təsis etdiyi "Əli bəy Hüseynzadə" mükafatına sahib olub.

2017-ci ilin dekabr ayında "85-ci gün" adlı hekayəsi İranın Şiraz şəhərində keçirilən Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Birinci Qısa hekayə müsabiqəsində qalib olub.

2020-ci ildə "Ədibin Evi" tərəfindən keçirilmiş Mir Cəlal adına İkinci Hekayə müsabiqəsində "Yapon balığı" hekayəsi ilə qalib olub.

2022-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının "Mən qadınam" qısametrajlı bədii film ssenari müsabiqəsində həmmüəllifi olduğu "Zənbil" adlı ssenari ikinci yerə layiq görülüb.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycan Dövlət İqtisad Universitetinin məzunları Kateqoriya:"Qızıl Kəlmə" mükafatı laureatları