Sahib Sultan Dünbüli — Azərbaycan şairəsi

Həyatı Sahib Sultan xanım Şahbaz xan Dünbülinin qızıdır. Güney Azərbaycanın Dünbül şəhərində yaşamışdır. Yüksək şeir istedadına malik olan bu qız incəsənət sahəsində çox qabiliyyətli imiş. Mənbələrdə şahzadə Həsənəli Muradın tərifi münasibətilə bir şeirinə rast gəlinir. Şeirin iki variantda təcüməsi oxuculara təqdim olunur. Haqqın başqa məlumat yoxdur.

Şeirləri O güllü bağçanıza yaxın olsa da əğyar, Bu məni nə qorxuya, nə də bir dərdə salar. Çünki mən də bir zaman sizə yaxın olmuşam, Elə bu yaxınlıqdan bir arzu kam almışam. Var olsun bu cahanın şahənşahı şahzadə, Ağıllılar içində cavan Mahmud dünyadə.

İstinadlar Azərbaycan qadın şairləri antologiyası, "Avrasiya press", Bakı, 2005

Kateqoriya:Azərbaycanın qadın şairləri