Cansu Tosun () — Türk aktrisası, fotomodel.
Həyatı 1988-ci ildə Almaniyanın Nürnberq şəhərində doğuldu. Orada peşəkar fotomodel kimi çalışdı. Televiziyada ilk rolu 2011–2012-ci illərdə yayımlanan "Küçük Hanımefendi" serialında Neriman oldu. 2012–2013-cü illərdə "Kayıp Şehir" serialında Zəhra rolunda çəkildi. 2013–2014-cü illərdə "Bugünün Saraylısı" serialında Ayşən rolunu ifa etdi.
Filmoqrafiya Küçük Hanımefendi serialı (2011–2012) Kayıp Şehir serialı (2012–2013) Bugünün Saraylısı serialı (2013–2014) İksir filmi (2013) Göç Zamanı serialı (2016) Familya serialı (2016) Bir Deli Sevda serialı (2017) Mehmetçik Kut'ül Amare serialı (2018–2019) I am you filmi (2019)
İstinadlar
Kateqoriya:Türkiyə aktrisaları Kateqoriya:XXI əsr Türkiyə aktrisaları Kateqoriya:Türkiyə film aktrisaları