Tanrıverdiyev Vaqif Əzim oğlu — azərbaycanlı publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1978), "Qızıl qələm" mükafatı laureatı (1980).
Həyatı Vaqif Tanrıverdiyev 1952-ci il noyabrın 1-də Kirovabad şəhərində anadan olmuşdur. Burada 41 saylı şəhər orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almışdır (1971–1976). Əmək fəaliyyətinə "Gəncənin səsi" qəzetində müxbir kimi başlamışdır. Sonra burada şöbə müdirı vəzifəsində işləmişdir (1976–1988). Azərbaycan Dövlət Politologiya İnstitutunda təhsilini davam etdirmişdir. Gəncə şəhər Komitəsındə təlimatçı, Gəncə şəhər icra hakimiyyətində məsləhətçi, sonra orada icra hakimiyyəti başçısının müavini işləmişdir (1990–1993). "Yeni Samux" qəzetinin redaktoru olmuşdur (1994). "Respublika" qəzetində və İçtimai televiziyada bölgə müxbiri vəzifəsində çalışmışdır (1995-ci ildən-2018-ci ilədək). "Respublika" qəzetinin xüsusi müxbiridir.
Tələbəlik dövründən mətbuatda oçerk və publisistik məqalələrlə çıxış edir. Media müsabiqələrində mükafatlar almışdır. Ombudsmanın "İnsan hüquqlarının müdafiəsi" mövzusunda keçirdiyi müsabiqədə xüsusi mükafata layiq görülmüşdür.
Əsərlərı Gəncə qonaqların gözü ilə. Gəncə: Gəncə, 1991, 65 səh. Gəncə söhbətləri. Bakı: Günəş, 2003, 221 səh. Akademiklə söhbətlər. Gəncə AKTA-nın mətbəəsi. 186 səh.
Filmoqrafiya Cavad xan. Filmin filmi (film, 2007)
Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycanlı publisistlər Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan Jurnalistlər Birliyinin üzvləri Kateqoriya:Gəncə Şəhər İcra Hakimiyyətinin başçılarının müavinləri Kateqoriya:Gəncədə doğulanlar