Mixail () — Birinci Bulqar dövlətinin şahzadəsi. I Simeonun ən böyük oğlu idi. Lakin Simeon kiçik oğlu Pyotru taxta çıxarmaq istəyirdi. 927-ci ildə I Pyotr taxta çıxandan sonra Makedoniyaya qaçaraq bir qalada möhkəmləndi və taxta iddia etməyə başladı. Lakin elə həmin il gələn qəfil ölümü onu dəstəkləyənlərin istəklərini yarıda qoydu.
Kateqoriya:Bulqar şahzadələri