Faiq Nəsir oğlu Baxşəliyev () — Azərbaycan SSR Ali Soveti XII çağırış üzvü, Mingəçevir və Ağdaş icra hakimiyyətlərinin başçısı.

Həyatı 1951-ci ildə Ağdaş rayonunun Kotavan (Ağdaş) kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1957-ci ildə Kotavan (Ağdaş) kəndinin 8 illik məktəbinin 1-ci sinfinə daxil olub. 1967-ci ildə Ağdaş rayonu Ləki qəsəbəsi orta məktəbini bitirmişdir. 1967-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomobil İstismarı fakültəsinə daxil olmuş və 1972-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1973–1981-ci illərdə Mingəçevir Texniki İnstitutunda müəllim işləmişdir.1981–1990-cı illərdə Mingəçevir şəhər Avtobazasında istismar şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

31 dekabr 2013-cü ildə Mingəçevirdə vəfat etmişdir.

2 oğlu, 1 qızı, 3 nəvəsi var.

Siyasi fəaliytəti 1990-cı ildə Azərbaycan SSR Ali Soveti XII çağırış deputatı seçilmişdir.

1991–1992-ci illərdə Mingəçevir şəhərinin, 1993–1996-cı illərdə Ağdaş rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.

1996-cı ildən etibarən ömrünün sonunə qədər şəxsi yaradıcılığı ilə məşğul olmuşdur. Yüzlərlə şeir və qəzəl müəllifidir.

İstinad

Xarici keçidlər Axar.az: Sabiq millət vəkili vəfat etdi Faiq Baxşəliyev El.tv-də

Kateqoriya:Ağdaş Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçıları Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri