Rzayev Rəşid Səməndər oğlu () Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2006).

Həyatı Rəşid Səməndər 8 oktyabr 1975-ci ildə aktyor Səməndər Rzayevin ailəsində anadan olub. 1997-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir. O, 1996-cı ildən Akademik Milli Dram Teatrında aktyorluq karyerasına başlayıb. N.Hacızadənin "Qisas qiyamətə qalmaz" tamaşasında Nurlan, B.Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşasında Yanq Çunq, Sofoklun "Şah Edip" tamaşasında Kreont, R. Novruzun "Hələ "sevirəm" deməmişdilər" tamaşasında Andronik, H.Həsənovun "Brüsseldən məktublar" tamaşasında Nəcəf, A.Şaiqin "Eloğlu" tamaşasında Səməndər kimi obrazları canlandırmışdır.

Rəşid Rzayev 2006-cı ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.

Rəşid Səməndər 20 noyabr 2020-ci ildə intihar etmişdir.

Ailəsi Aktyor Səməndər Rzayevin oğludur.

Teatrşünas Rübabə Rzayeva nın qardaşıdır

Filmoqrafiya Qatil (film, 1994) Hacı Qara (film, 2002) Dəvətnamə (film, 2003) Tarixin şahidləri (film, 2003) Yumurta (film, 2003) Cavad xan (film, 2009) Dolu (film, 2012) - film səsləndirən: Drakon (Rza Rzayev ) 8. Yarımçıq xatirələr (film, 2015) - film səsləndirən: Cavanşir (Rza Rzayev)

İstinadlar

Mənbə Rəşid Rzayev

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:İntihar edən şəxslər Kateqoriya:XXI əsr Azərbaycan aktyorları