Zuxuloba — Azərbaycan Respublikasının Qusar rayonunun Şirvanlı kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qusar rayonunun Yuxarı Qələnxur kənd inzibati ərazi vahidi tərkibindəki Zuxuloba kəndi Şirvanovka kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir.
Toponimikası Yaşayış məntəqəsi Zuxul kəndindən çıxmış ailələrin oba yerində məskunlaşması nəticəsində yaranmışdır. Oykonim Zıtxul (kənd adı) və oba sözlərindən düzəlib, "Zuxul kəndinin obası" mənasındadır.
Tarixi
Coğrafiyası və iqlimi Kənd Baş Qafqaz silsiləsinin ətəyində yerləşir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 121 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti
Həmçinin bax
Kateqoriya:Qusar rayonunun kəndləri