Jan Batist Sey (; ) — fransız iqtisadçısı

Həyatı Jan Batist Sey 1767-ci ildə Lion şəhərində tacir ailəsində anadan olmuşdur. O, yaxşı kommersiya təhsili almış, iqtisadi biiklərini müstəqil surətdə artırmağa olduqca böyük səy göstərmiş, akademik seçilmiş, Paris Universitetinin və Fransanın digər tədris ocaqlarının siyasi iqtisad professoru olmuşdur. Sey özünü Adam Smitin etibarlı şagirdi, onun baxışlarının yalnız sistemləşdiricisi, sadələşdiricisi və geniş formada yayıcısı adlandırmasına baxmayaraq o, faktiki olaraq öz nəzəriyyələrini yaratmışdır. Sey amillər nəzəriyyəsini Smitin "dəyərin gəlirdən ibarət olması" fikrindən yaratmışdır. Sey proteksionizmin əleyhinə olmuş və onun "bazarlar" qanunu merkantilizmin fiziokratik tənqidinin tərkib hissəsidir.

Əsərləri Siyasi iqtisad traktatı və yaxud sərvətin əmələ gəldiyi, bölüdürüldüyü və istehlak olunduğu üsulun sadə şərhi (1803) Siyasi iqtisadın katexizisi(traktatın qısa şərhi) (1817) Siyasi iqtisad kursu (6 cildlik), (1828–1830)

Həmçinin bax Sey qanunu

İstinadlar

Kateqoriya:Lionda doğulanlar Kateqoriya:1767-ci ildə doğulanlar Kateqoriya:1832-ci ildə vəfat edənlər Kateqoriya:XIX əsr iqtisadçıları Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:İqtisadi düşüncənin tarixi Kateqoriya:Fransa iqtisadçıları Kateqoriya:İctimai sahədəki yazıçılar Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri