Hüseynabad — Azərbaycan Respublikasının Lerik rayonunun Kələxan kənd inzibati ərazi dairəsində kənd. 15 mart 2002-ci il tarixli 273-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Lerik rayonunun Hüseynabad kəndi Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kələxan kəndi mərkəz olmaqla Kələxan kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Toponimiyası Yaşayış məntəqəsini vaxtilə Hüseyn adlı şəxs və onun övladları saldığına görə belə adlandırılmışdır.
Tarixi Bu kənd 1886-cı ilə aid mənbədə Kəlvəz icmasının tərkibində yeddi tüstüdən ibarət kiçik kənd kimi qeydə alınmışdır.
Əhalisi Əhalisi 54 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010. Əhalisi Azərbaycan türklərindən ibarətdir.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Lerik rayonunun kəndləri