Jozef Lui Fransua Bertran () — Fransa riyaziyyatçısı. Sadə ədədlərin paylanması haqqında hipotez vermişdir (Bertran postulatı). Riyazi analiz və qruplar nəzəriyyəsi üzrə əsərlərin müəllifidir"Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.604.
Həyatı
Fizik Aleksandr Jak Fransua Bertrandın oğlu və arxeoloq Aleksandr Bertrandın qardaşı.
Fransanın Ekole Politexnik və Kollecində professor idi. O, 26 il Paris Elmlər Akademiyasının üzvü və onun daimi katibi olub.
1845-ci ildə o, ədədlər arasında ən azı bir sadə ədədin mövcudluğu fərziyyəsini irəli sürdü.(n vən-2n istənilən n>3) Bertrandın postulatı adlanan bu müddəa 1850-ci ildə P. L. Çebışev tərəfindən sübut edilmişdir.
Bertrand həmçinin ehtimal nəzəriyyəsinin paradokslarını formalaşdırmaqla tanınır və bu elmin təməli üzərində səmərəli müzakirələrə təkan verir. Bertrandın iqtisadiyyatdakı paradoksları da məşhurlaşdı.
İqtisadiyyatda oliqopoliya nəzəriyyəsini, xüsusən də rəqabətin Kurno modelini yenidən nəzərdən keçirdi. Onun tərtib etdiyi rəqabət modeli göstərir ki, qiymət rəqabəti şəraitində Kurnotun gəldiyi nəticə doğru deyil. Bu modeldə tarazlıq mükəmməl rəqabətin qiymət səviyyəsində əldə edilir.
İstinadlar
Həmçinin bax
Xarici keçidlər Joseph Bertrand — britannica.com saytı
Kateqoriya:Fransa riyaziyyatçıları Kateqoriya:Fransız riyaziyyatçılar Kateqoriya:Parisdə doğulanlar Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:XIX əsr iqtisadçıları Kateqoriya:XIX əsr Fransa riyaziyyatçıları Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:Sankt-Peterburq Elmlər Akademiyasının fəxri üzvləri