İsao Takahata (, ) — yapon animasiya rejissoru, manqa rəssamı, prodüser və ssenarist. Hayao Miyazaki və Toşio Suzuki ilə birgə Studio Ghiblinin yaradıcısıdır.
Həyatı İsao Takahata 29 oktyabr 1935-ci ildə Mie prefekturasında anadan olmuşdur. Uzun müddət Hayao Miyazaki ilə birgə işləmişdir. Onlar Hols: Prince of the Sun animasiyasının çəklişləri zamanı tanış olmuşlar. Karyerası boyu çoxlu animasiya filmləri çəksə də bunlardan 4-ü ona dünya şöhrəti gətirmişdir. Bunlar — 1988-ci ildə çəkilmiş anti-müharibə mövzusunda dram filmi Atəşböcəklərinin məzarı, məhəbbət mövzusunda olan Only Yesterday, komediya filmi My Neighbors the Yamadas və tragikomediya janrında çəkilmiş Pom Pokodur.
İstinadlar
Kateqoriya:Yaponiya rejissorları Kateqoriya:Anime rejissorları Kateqoriya:Mie prefekturasında doğulanlar Kateqoriya:Yaponiya animatorları Kateqoriya:Yaponiya kinorejissorları Kateqoriya:Yaponiya anime rejissorları Kateqoriya:Yaponiya kinorejissorları Kateqoriya:Yaponiya ssenaristləri Kateqoriya:Toei Animation Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:Studio Ghibli