Pyerluici Kollina (, ) — italiyalı keçmiş futbol hakimi. O, 1998-2003-cü illərdə ardıcıl altı dəfə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası tərəfindən "Dünyanın Ən Yaxşı Hakimi" seçilib.IFFHS: "All-Time World Referee Ranking" . Iffhs.de. Retrieved on 16 July 2015. Kollina İtaliya Futbol Hakimləri Assosiasiyasının (AİA) ödənişsiz məsləhətçisi kimi futbolla məşğul olmağa davam edir, 2010-cu ildən Ukrayna Futbol Federasiyasının Hakimlər Komitəsinin prezidenti,Ukraine trying to revive Crimean champion football club , USA Today (19 June 2015) UEFA Hakimlər Komitəsinin üzvü və FİFA Hakimlər Komitəsinin sədri vəzifələrini icra edir.

Karyerası Beynəlxalq karyerasına Türkiyə ordu milli futbol komandası ilə Fransa ordu milli futbol komandası arasındakı oyunla başlayıb, 1996-cı il Olimpiya oyunları, 1999-cu il UEFA Çempionlar Liqası, 2002-ci il Futbol üzrə dünya çempionatı və 2004-cü il UEFA Avropa çempionatının final oyunlarını idarə etmişdir.

Uğurları Altı dəfə dünyanın ən yaxşı hakimi adını alan Kollini, İFFHS tərəfindən futbol tarixində ilk dəfə olaraq əsrin ən yaxşı hakim elan olunmuşdur.

İstinadlar

Kateqoriya:UEFA Çempionlar Liqası hakimləri Kateqoriya:İtaliya futbol hakimləri Kateqoriya:İtaliya iqtisadçıları