thumbnail thumbnail thumbnail
Aqroiqlim rayonlaşdırma Kənd təsərrüfatı məhsulunun istehsalı nöqteyi-nəzərincə fiziki-coğrafi rayonlaşmasının qarşısında duran əsas məqsəd ərazinin müxtəlif sahələrini biri-birindən ayıran təbii fərqləri araşdırıb çıxarmaq və həmin təbii ehtiyatlardan mümkün qədər səmərəli istifadə etməkdən ibarətdir. Bu işdə iqlim şəraitinin nə dərəcədə əlverişli olmasını ərazinin aqroiqlim rayonlaşdırma məsələsi həll edir. Buna görə də aqroiqlim rayonlaşdırma fiziki-coğrafi rayonlaşmanın bir hissəsi olmaqla onu tamamlayır. Aqroiqlim rayonlaşdırma fiziki-coğrafi kompleksin ən mühüm hərəkətverici olan iqlim amilinin xarakter xüsusiyyəti haqqında ilk məlumatlar verir və onun rolunu qəti müəyyən edir. O, bu və ya digər kənd təsərrüfatı obyektinin iqlim şəraitinə uyğunlaşan tələbini əsaslandırır. Yuxarıdakı təhlildən məlum olur ki, aqroiqlim rayonlaşdırılması-ixtisaslaşdırılmış iqlim rayonlaşdırılması deməkdir. Onun məqsədi isə xüsusi üsul və təhlillə müəyyən edilən şəraitini bu və ya digər bitki və heyvan aləmi üçün nə dərəcədə əlverişli olmasını göstərir. Müəyyən ərazinin aqroiqlim rayonlaşdırma məsələsi iqlim rayonlaşdırılması ilə sıxı əlaqıdardır və onun mühüm göstəriciləri əsasında həll edilir.
MDB dövlətlərində müxtəlif kənd təsərrüfatı bitkilərinin iqlimə olan tələbatına görə düzgün yerləşdirilməsində F. F. Davitayanın, P. İ. Koloskovun, Q. T. Seliyaninovun, S. Z. Sapojnikovanın, D. Şaşkonun və s. müəlliflərin bu sahədə tədqiqatlarını xüsusilə qeyd etmək lazımdır. Azərbaycanın istər bütövlükdə və istərsə də onun ayrı-ayrı hissələrinin aqroiqlim xüsusiyyəti Ə. C. Əyyubov, P. S. Mirzəyev, Q. A. Hacıyev, M. P. Nağıyev və s. tərəfindən öyrənilmişdir. Respublikamızın aqroiqlim xüsusiyyətinə aid olan ümumi məlumatlara "Azərbaycanın qısa aqroiqlim məlumatı" kitabında respublikanın aqroiqlim rayonlaşdırılması aparılmışdır. Bu kitabın müsbət cəhəti ilə yanaşı, bəzi tələbatı ödəyə bilməmişdir. "Azərbaycanın qısa aqroiqlim məlumatı" kitabında verilmiş rayonlaşma dənli və digər bitkilərin şaxtaya davamlılığını müəyyən edən əsas göstərici nəzərdən qaçmış, iqlimin suvarma norması hesablanmamış və tərtib edilən hidrotermik vahid isə nəmlik dərəcəsini hərtərəfli əks etdirildiyinə görə ayrılmış aqroiqlim rayon və yarım rayonlar müəyyən qədər sxematik xarakter daşıyır. Ə. M. Şıxlinski 1964-cü ildə ilk dəfə olaraq Azərbaycanın aqroiqlim xəritəsini tərtib edir. Müəllif bu xəritənin fəal temperaturun cəmi, nisbi nəmlik və orta mütləq minimum kimi əsas aqroiqlim göstəricilərinin əsasında tərtib etmişdir. Respublikamızın ərazisində müxtəlif kənd təsərrüfatı bitkilərinin düzgün yerləşdirilməsində bu zəritənin böyük əhəmiyyəti vardır. Məlumdur ki, bitkilərin vegetasiya dövründə normal inkişaf edib, yüksək məhsul verməsi üçün tələb olunan iqlim göstərici istilik və rütubətdir. Ona görə istədiyimiz rayon tamamilə süni suvarılarsa, o zaman rütubət göstərici daha böyük əhəmiyyət kəsb edir. Respublikamızın rayonlaşdırılması üsulunda aşağıdakı iqlim göstəriciləri əsas götürülmüşdür.
1. Fəal temperaturun həcmi 2. Nisbi nəmlik dərəcəsi 3. Havanın orta illik mütləq minimum temperaturu.
Bu əsas göstəricilərdən əlavə olaraq, iqlim suvarma norması ilə köməkçi bir göstərici kimi istifadə edilmiş bu əsas və əlavə iqlim göstəricilərilə yanaşı olaraq, aqroiqlim rayonlaşdırma apararkən ərazinin fiziki-coğrafi şəraiti, aqroekoloji xüsusiyyət, torpaq və bitki örtüyü və s. amillərin təsiri də nəzərə alınmışdır.
Əsas iqlim göstəriciləri ilə xarici mühitin digər amilləri arasında olan qarşılıqlı təsir və əlaqələri nəzərə alıb, respublikamızın pambıqçılıq rayonlarının (Q. A. Hacıyev, 1966), Naxçıvcan MR-nın (P. S. Mirzəyev, 1966) Gəncə-Qazax (M. R. Nağıyev, 1969) ərazilərini aqroiqlim rayonlaşmasında qəbul olunmuş aşağıdakı taksonomik vahidlər məqsədəuyğun hesab edilir:
1. Aqroiqlim vilayət 2. Aqroiqlim yarımvilayət 3. Aqroiqlim rayon 4. Aqroiqlim yarımrayon.
Müstəqil aqroiqlim vilayət tədqiq olunan ərazi daxilində fiziki-coğrafi şəraitlə yanaşı, əsas iqlim göstəricilərinin kəmiyyəti biri-birindən əsaslı surətdə fərqlənən sahələrdir. Əsas iqlim göstəricilərinin vilayət daxilində qeyri-bərabər paylanması bizə müstəqil aqroiqlim vilayət daxilində biri-birindən fərqlənən yarımvilayətə ayrılmağa imkan verir. Aqroiqlim rayonlar isə yarımvilayət daxilində əsas iqlim göstəricilərilə yanaşı torpaq və aqroekoloji xüsusiyyətin ərazi daxilində müəyyən qədər fərqlənməsi əsasında ayrılmışdır. Bu prinsip əsasında Q. H. Hacıyev (1966), respublikamızın pambıqçılıq payonlarını 3 müstəqil aqroiqlim vilayətə 4 aqroiqlim yarımvilayətə, 10 aqroiqlim rayona ayırmışdır. M. R. Nağıyev isə Gəncə-Qazax zonasının 1 müstəqil aqroiqlim vilayətə, 2 aqroiqlim yarım vilayətə, 4 aqroiqlim rayona və 6 aqroiqlim yarımrayona ayırmışdır.
Gəncə-Qazax aqroiqlim vilayəti Bu müstəqil aqroiqlim vilayəti Kiçik Qafqazın dağətəyi (500 m-ə qədər) ilə Kür çayının sağ sahili arasında qalan Kür maili düzənliyi əhatə edir. Vilayətin əsas torpaq örtüyü şabalıdı torpaqlar tipi təşkil edir. Dağ ətəyinə doğru qalxdıqca bu torpaqlar tünd şabalıdı və dağ boz-qəhvəyi torpaqlarla əvəz olunur. Bu əsas torpaqlardan başqa vilayətin müxtəlif sahələrində kiçik qalalar şəklində karbonatsız allüvial çəmən-meşə və şıranlaşmış şorakətli allüvial-çəmən torpaqlarına da rast gəlinir. Aqroiqlim vilayətin fiziki-coğrafi şəraiti ilə əlaqədar olaraq, temperaturun miqdarı kəmiyyət və ərazi etibarilə qeyri-bərabər paylanmasıdır. Fəal temperaturun miqdarı dağətəyində 3700°-dən başlayaraq, düzənlikdə 4400°-dək çoxalır. İyulun orta temperaturu qərbdən şərqə doğru 23–20° arasında dəyişir. Vilayətin qərb hissəsində yanvar ayının orta temperaturu (-1,0°-dək aşağı düşür) şərqə doğru getdikcə yüksəlib 1,5°-yə çatır. Ərazidə mütləq maksimum 37–40°, mütləq minimum −16–20° və orta mütləq minimum temperatur isə −10–13° arasında dəyişir. Bu vilayətdə il ərzində 250–450 mm yağıntı düşür. Nəmlik şəraitinə görə ərazidə şiddətli quraqlıq və quraq hava tipləri müşahidə edilir. İlin isti dövründə nisbi nəmlik şəraiti qərbə doğru 20 %-dən başlayaraq, 50 %-dək artır. Bu dövrdə iqlim suvarma norması 350–650 mm arasında dəyişir. Ərazidə birinci şaxtaların (ayaz) daxil olduğu orta tarix 15–25 noyabr hesab olunur. Vilayətin qərb rayonlarında birinci şaxtalar orta hesabla 10–15 gün şərq rayonlarından tez girir. Bu vəziyyət qərb rayonlarında pambıq məhsulunun tamamilə yetişməsinə mənfi təsir edir. Son şaxtaların orta tarixi 30 martdan 10 aprel arasında dəyişir. Axırıncı şaxtaların qərb rayonlarında aprelin 10-dək uzanması pambıq səpinin vaxtında aparmağı xeyli ləngidir. Şaxtasız günlərin orta illik miqdarı 220–240 günə çatır. Gəncə-Qazax aqroiqlim vilayətində becərilən kənd təsərrüfatı bitkilərinin növləri çox müxtəlifdir. Becərilən bitki növlərinin içərisində əsas yeri pambıq və dənli bitkilər tutur. Pambıq və dənli bitkilərdən başqa vilayətin təsərrüfatında üzümçülük, meyvəçilik və tərəvəzçilikdə mühüm rol oynayır. Bu qaroiqlim vilayətdə, xüsusilə üzümçülük və meyvəçilik təsərrüfatlarında daha da genişləndirilib yüksək məhsuldarlığı təmin edə biləcək təbii ehtiyatlar vardır.
Qazax-Şəmkir aqroiqlim yarımvilayəti Yarımvilayətin Gəncə-Qazax aqroiqlim vilayətin qərbində dağətəyi ilə Kür çayı arasında qalan ərazini əhatə edir. Fəal temperaturun miqdarı düzənliyə doğru 3700°-dən 4200°-dək çoxalır. İyulun orta temperaturu 23–25°-yə, yanvarın orta temperaturu −1,0° ilə 1,0° arasında dəyişir. Mütləq maksimum temperaturu 37–39°-dək qalxır. Mütləq minimum isə −16–20°-dək aşağı düşür. Orta mütləq minimum temperatur −10–13° arasında dəyişir. Yarımvilayətdə yağıntının illik miqdarı düzənlikdən dağətəyinə doğru 300 mm-dən 450 mm-dək çoxalır. İlin isti dövründə nisbi nəmlik dağətəyində 40–50 %, düzənlikdə isə 30 % təşkil edir. Həmin dövrdə iqlim suvarma norması 350–500 mm arasında dəyişir. Ərazidə birinci şaxtalat orta hesabla 15–20 noyabrda və axırıncı şaxtalar isə 30 mart 5 aprel arasında daxil olur. Şaxtasız günlərin illik miqdarı 220–230 gündir. Bu vilayətdə pambıq, dənli bitkilər, üzümçülük, meyvəçilik və ipəkçilik mühüm yer tutur.
1. Dağətəyi aqroiqlim rayonu
Bu aqroiqlim rayonu Qazax-Şəmkir aqroiqlim yarımvilayətin dağətəyi hissəsini əhatə edir. Bunda əsas iqlim göstəricisindən düzənliyə nisbətən müəyyən qədər fərqlənir. Bu aqroiqlim rayonda fəal temperaturun miqdarı 3700–3900°-dən artıq deyildir. Vegetasiya dövründə nisbi nəmlik düzənliyə nisbətən 10–20 % artıb, 40–50 % və iqlim suvarma norması azalıb 350–400 mm təşkil edir. a) bu rayon bəzi spesifik xüsusiyyətinə görə yarım rayona bölünür ki, fəal temperaturun cəmi 3800°-dir, dəniz səviyyəsindən yuxarı olması 800 m-ə çatır. Nisbi nəmliyi 30–50 %, orta minimum temperatur −14°, torpaq növü dağ boz-qəhvəyi və dağşabalıdı rəngə çalır. Burada torpaqlar qismən suvarılır. Əsas bitkilərdən üzüm, pambıq, kartof və tərəvəz göstərmək olar.
2. Düzənlik aqroiqlim rayonu
Bu aqroiqlim yaromu Qazax-Şəmkir aqroiqlim yarımvilayətin dağətəyi hissəsi ilə Kür çayı arasında qalan düzənliyi əhatə edir. Dağətəyi aqroiqlim rayona nisbətən burada fəal temperaturun miqdarı 3900–4200°-ə arasında dəyişir. Nisbi nəmlik əksinə olaraq tədricən azalır, 30 %-i təşkil edir. İqlim suvarma norması 400–500 mm arasında dəyişir. a) bu rayonda təsadüf edilən xüsusiyyəti nəzərə alaraq aqroiqlim yarımrayonun yuxarı nöqtəsi 450 m-ə çatır, fəal temperaturun miqdarı 4200°, nisbi nəmliyi 20–30 % olur. Orta minimum temperatur −10°. Torpaq növü şabalıdı və açıq şabalıdı rəngdədir. Bu becərilən üzüm, pambıq, taxıl, tərəvəz və s. bitkilər mütləq suvarılır.
Gəncə-Goranboy aqroiqlim yarımvilayəti Yarımvilayət Gəncə-Qazax aqroiqlim vilayətin şərqində Şəmkir, Göy-göl, Gəncə və Goranboy rayonlarının bir hissəsini əhatə edir.
Ərazidə fəal temperaturun miqdarı 4200–4400° arasında dəyişir. Onun ən yüksək miqdarı yarımvilayətin düzənlik hissəsində, ən azı dağətəyində olur. İyulun orta temperatu 24–26°-yə, yanvarın orta temperaturu 0–1°-ə arasında dəyişir. Yarimvilayitdi mütləq maksimum temperatur 37–40°-dək yüksəlir. Mütləq minimum temperatur isə-16–20°-dək aşağı düşür. Gəncə-Goranboy aqroiqlim yarımvilayətdə illik yağıntıların miqdarı 250–400 mm çatır. İlin isti dövründə nisbi nəmlik şəraiti 20–30% təşkil edir. Həmin dövrdə iqlim suvarma norması dağətəyindən düzənliyə doğru 500 mm-dək olur. Burada mühüm yeri pambıq, üzümçülük, dənli bitkilər və meyvəçilik tutur. Ərazinin malik olduğu təbii ehtiyatları həmin bitkilərdən yüksək məhsul götürülməsini təmin edir.
1. Dağatəyi aqroiqlim rayonu.
Bu aqroiqlim rayonu Gəncə Goranboy aqroiqlim yarımvilayətin dağətəyini əhatə edir. Dağətəyi aqroiqlim rayonda fəal temperaturun miqdarı 4200–4300°, nisbi nəmlik 30% və iqlim suvarma norması isə 500–550 mm təşkil edir. a)bu aqroiqlimin yarımaqroiqlim rayonunda ərazisinin dəniz səviyyəsindən ən yuxarı hissəsinin hündürlüyü 600 m-ə çatır. Fəal temperaturun miqdarı 3800°, nisbi nəmlik 30–50%, orta minimum temperatur-12° olur.
2. Düzənlik aqroiqlim rayonu.
Adından məlum olduğu kimi bu aqroiqlim yarımvilayətin düzənlik hissəsini əhatə edir. Ərazidə fəal temperaturun miqdarı 4400°, nisbi nəmlik bir qədər azalıb 20%-ə bə iqlim suvarma norması 550 mm-ə qədərdir.
a)bu rayon, aqroiqlim yarımrayonunun ərazisinin səviyyəsindən hündürlüyü 450 m, fəal temperatur-9° olur. Burada becərilən kənd təsərrüfatı bitkiləri üzüm, pambıq, dənli bitkilər, tərəvəz meyvə və subtropiklər mütləq suvarılır. Buranın torpaq növləri şabalıdı və açıq şabalıdı rəngdə olur.
Yüksək dağlıq aqroiqlim yarımvilayəti Yarımvilayətin dəniz sahəsindən hündür hissəsinin dəniz səviyyəsindən hündürlüyü 3700 m, fəal temperatur 3800–600°-dək, nisbi rütubətin faizi 50–200, orta minimum temperatur-12–20° olur. Bu yarımvilayət orta dağlıq rayona və yüksək dağlıq aqroiqlim rayona ayrılır.
1. Orta dağlıq aqroiqlim rayonunun dəniz səviyyəsindən hündürlüyü