Lev İvanoviç Borisov — Rusiyanın Xalq artisti, teatr və kino aktyoru
Həyatı Lev İvanoviç Borisov 8 dekabr 1933-cü ildə anadan olub. Boris Şukin adına teatr məktəbini bitirib, 1987-ci ildə M.N.Yermolova adına Moskva Dram Teatrının aktyoru olub.
Yaradıcı karyerası dövründə 90-dan çox filmdə çəkilib. 50-ci illərdə “Yetkinlik attestatı” (1954) filmimdə onuncu sinif şagirdi kimi debüt edib.
Aktyora “Banditski Peterburq” (“Canilərin Peterburqu”) (2000-2003) teleserialında oynadığı Antibiotik adlı kriminal avtoritetin rolu böyük uğur qazandırıb. Sonuncu kino işləri arasında “Əjdaha sindromu” (2011), “Qorqona əməliyyatı” (2011) göstərmək olar.
Rusiyanın Xalq artisti, teatr və kino aktyoru Lev Borisov 15 yanvar 2011-ci ildə çərşənbə axşamı Moskvada 78 yaşında vəfat edib.
Filmoqrafiya Nakəs (film, 1991)
İstinadlar
Kateqoriya:SSRİ aktyorları Kateqoriya:İnsultdan vəfat edənlər Kateqoriya:Rusiya aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları