Cozef Kudelka () – çexiyalı fotoqraf.
Bioqrafiyası Cozef Kudelka 1938-ci ilin 10 yanvarında Çexiyanın Moraviya əyalətinin Boskovitse şəhərində anadan olub. 1956–1961-ci illərdə Praqada Çexiya Texniki Universitetində oxuyub Mühəndislik Dərəcəsi alıb. O, fotoqrafiyaya öz ailə üzvlərini və ətrafındakı dost-tanışı çəkməklə başlayıb. İlk fotosərgisi 1961-ci ildə olub. Sonralar Praqa və Bratislavada təyyarəçilik mühəndisi kimi işləyib. O, teatr jurnallarından sifarişlər qəbul etməyə başlayır və mütəmadi olaraq öz Rolleiflex aparatı ilə səhnə fotoları çəkir. 1967-ci ildə Kudelka öz mühəndislik karyerasından imtina edib bütövlükdə fotoqrafiya ilə məşğul olmağa qərar verir. 1968-ci ilin avqustunda Sovet işğalından iki gün əvvəl o, Rumıniyada qaraçılar haqqındakı layihəsini çəkib geri qayıdır. O, Çexiya islahatlarını boğan və Praqanı zəbt edən Varşava Paktının hərbi gücünü görür və bu hadisələri lentin yaddaşına köçürür. Kudelkanın çəkdiyi bu fotoların neqativi Maqnum fotoagentliyinin əli ilə Praqadan qaçırılır və fotoqrafın özünün, ailəsinin təhlükəsizliyini qorumaq üçün anonim adı (P. P. – Prague Photographer) ilə The Sunday Times jurnalında çap edilir. Həmin vaxt çəkdiyi bu fotolar dramatizmin simvollarına çevrilir. 1969-cu ildə "anonim çex fotoqraf" qeyri-adi cəsarətinə görə Robert Kapa Qızıl Medalına layiq görülür. Maqnum Fotonun himayəsilə Kudelka 1970-ci ildə üç aylıq biznes vizası ilə İngiltərəyə gedir. Orada siyasi sığınacaq istəyir və on ildən çox müddətdə İngiltərədə yaşayır. 1971-ci ildə Maqnum Foto Agentliyinə üzv olur. Bundan sonra da o, öz kamerası ilə Avropanı addımbaaddım gəzməyə davam edir. 1970–1980-ci illərdə Kudelka çoxsaylı qrant və mükafatlar alır, “Qaraçılar” (Gypsies, 1975) və “Sürgün olunmuşlar” (Exiles, 1988) kimi fotolayihələrini sərgilərdə nümayiş etdirir. 1986-cı ildən panoramik kameradan istifadə edir və 1999-cu ildə “Xaos” (Chaos) kitabını nəşr etdirir. Fotoqrafın fotolarından ibarət çoxsaylı kitabları, eləcə də, 2006-cı ildə xatirələrini əks etdirən “Kudelka” kitabı çap olunub. Cozef Kudelka, Prix Nadar (1978), Grand Prix National de la Photographie (1989), Grand Prix Cartier-Bresson (1991), Hasselblad Foundation International Award in Photography (1992) kimi mükafatların qalibi olub. Əhəmiyyətli fotosərgiləri Museum of Modern Art (MoMA), International Center of Photography (Nyu-York), Hayward Gallery (London), Stedelijk Museum of Modern Art (Amsterdam) və Palais de Tokyo (Paris) kimi dünya şöhrətli sərgi salonlarında keçirilib. Fransız fotoqraf Anri Kartye-Bresson, çex incəsənət tarixçisi Anna Farova Kudelkanın dostları olmuş, onun işlərinə dəstək vermiş və fotolarının tanınmasına yardım etmişlər. 1987-ci ildə Kudelka Fransa vətəndaşlığını qəbul edir və 1990-cı ildə Çexoslovakiyaya ilk səfərini edə bilir. Həmin vaxt Kudelka Almaniya, Çexiya və Polşa arasında mübahisəli ərazi olan "Qara üçbucaq" (Black triangle, Schwarzes Dreieck) haqqında layihəni işləyib hazırlayırdı. Hazırda Kudelka Fransa və Praqada məskunlaşıb, Avropadan sənədli fotolar çəkməklə karyerasını davam etdirir. İki qızı və bir oğlu var.
Fəaliyyəti Cozef Kudelkanın çəkdiyi ilk fotolar onun sonrakı yaradıcılığına böyük təsir göstərib. O, tezliklə Slovakiya və Rumıniyada “Qaraçılar” layihəsini işləyir. Bu layihə 1967-ci ildə Praqada sərgilənir. Karyerası boyunca Kudelka öz cəsarətinə görə həmişə təqdir görüb. Bədbxətlik, xarabalıq, ayrılıq, ümidsizlik və soyuqluq əsərlərinin əsas mövzularındandır. Bəzən onun obrazları nağıllardan çıxmış qəhrəmanlara bənzəyirlər. Onun sonrakı fotoları əsasən insan subyektinin olmadığı mənzərələrə fokuslanır. Onun ən son kitabı “Divar: İsrail-Fələstin Mənzərələri” (Wall: Israeli and Palestinian Landscapes) 2013-cü ildə çap olunur. Kitabda onun 2008–2012-ci illər arasında çəkdiyi panoramik mənzərələr yer alıb.
Sitatlar "Mən intellektual, ya da filosof olmağa iddialı deyiləm. Mən sadəcə baxıram" "Foto çəkərkən çox da düşünmürəm. Fotolentlərimə baxsanız, özünüzdən soruşa bilərsiniz ki, "Bu oğlan neyləyir?" Lakin mən fotolent və çap olunmuş fotolarla işləyirəm, həmişə onlara baxıram. İnanıram ki, işin nəticəsi içimdə dayanıb və fotonu çəkdiyim həmin an o üzə çıxır, bu haqda düşünməsəm belə, o üzə çıxır." "Təkrar mənim üçün maraqlı deyil. Mən daha irəliyə necə gedəcəyimi bilmədiyim nöqtəyə çatmaq istəmirəm. Özünə məhdudiyyət qoymaq yaxşıdır, amma elə bir an gəlir ki, onda biz öz tikdiklərimizi dağıtmalı oluruq."
Mükafatları 1967 — Union of Czechoslovakian Artists, Çexoslovakiya 1969 — Robert Capa Gold Medal Award, ABŞ 1972 – Kendal və Southlenddə çəkdiyi fotolara görə — British Arts Council Grant, Birləşmiş Krallıq 1973 – Britaniyada qaraçı həyatı barəsində çəkdiyi fotolara görə — British Arts Council Grant, Birləşmiş Krallıq 1976 – Britaniya adalarının həyatını çəkdiyinə görə — British Arts Council Grant, Birləşmiş Krallıq 1978 — Prix Nadar, Fransa 1980 — National Endowment for the Arts Council, ABŞ 1987 — Grand Prix National de la Photographie, Fransa 1991 — Grand Prix Henri Cartier-Bresson, Fransa 1992 — Erna and Victor Hasselblad Foundation Photography Prize, İsveç 1998 — The Royal Photographic Society's Centenary Medal and Honorary Fellowship (HonFRPS) 2004 — Cornell Capa Infinity Award, ABŞ
Sərgiləri 1961 – Divadlo Semafor, Praqa, Çexoslovakiya 1967 – Josef Koudelka: Cikáni – 1961–1966, Divadlo za branou, Praqa, Çexoslovakiya 1968 – Josef Koudelka: Divadelni fotografie – 1965–1968, Divadlo za branou, Praqa, Çexoslovakiya 1975 – Josef Koudelka, Museum of Modern Art, Nyu-York, ABŞ 1977 – Gitans: la fin du voyage Galerie Delpire, Paris Kunsthaus Zürich, Zürix, İsveçrə; The Tel-Aviv Museum, İsrail Viktoriya və Albert Muzeyi, London, Birləşmiş Krallıq 1984 – Josef Koudelka, Hayward Gallery, London, Birləşmiş Krallıq 1988/1989 – Josef Koudelka Centre National de la Photographie, Palais de Tokyo, Paris, Fransa International Center of Photography, Nyu-York, ABŞ Akademie der Künste, Berlin, Almaniya Museum Folkwang, Essen, Almaniya IVAM, Valensiya, İspaniya 1989 – Josef Koudelka, Mission Transmanche, galerie de l'ancienne poste, Calais, Fransa 1990 – Josef Koudelka z Fotografického dila 1958–1990, Umeleckoprumyslové museum, Praqa, Çexoslovakiya 1994 – Cerny trojuhelnik — Podkrusnohori : Fotografie 1990–1994 (Black Triangle), Salmovsky Palac, Praqa, Çexiya 1995/1997 — Periplanissis: following Ulysses' Gaze Mylos, Thessaloniki, Yunanıstan Zappeion, Afina, Yunanıstan Centre culturel Una Volta, Bastia, Fransa ville de Rodez, Fransa Tokyo Metropolitan Museum of Photography, Tokio, Yaponiya Museo di Storia della Fotografia, Fratelli Alinari, Firenze, İtaliya 1998 – Reconnaissance: Wales, National Museums and Galleries of Wales, Kardiff, Birləşmiş Krallıq 1999/2001 — Chaos Palazzo delle Esposizioni, Roma, İtaliya Cantieri Culturali della Zisa, Palermo, İtaliya Palazzo Marino alla Scala, Milan, İtaliya The Snellman Hall, Helsinki, Finlandiya sala de exposiciones de Plaza de España, Madrid, İspaniya 2002 — Josef Koudelka: Fotograf, National Gallery, Praqa, Çexiya 2002/2003 — Rétrospective Rencontres Internationales de la Photographie, Arles, Fransa Museo del Palacio de Bellas Artes, Mexiko, Meksika Museo de Arte Contemporaneo, Monterrey, Meksika Teatro del Tempo, Mercati di Traiano, Roma, İtaliya 2006 — Les Rencontres d'Arles festival, Fransa: exhibition and laureate of the Discovery Award 2008: Screening at Théâtre Antique, Arles, for the Rencontres d'Arles festival, Fransa Prague 1968, Aperture Gallery, Nyu-York, ABŞ Koudelka, Benaki Museum, Afina, Yunanıstan Josef Koudelka, Pera Museum, İstanbul, Türkiyə Invaze (Invasion) Old Town Hall, Praqa, Çexiya 2010 — Invasion Prague 68, Photo Cube Market Square, Guernsey 2012 — Zingari, Fondazione Forma, Milan, İtaliya 2013 — Vestiges 1991–2012, Centre de la Vieille Charité, Marsel, Fransa 2013/2014 — Josef Koudelka Retrospective, The National Museum of Modern Art, Tokio, Yaponiya
Kitabları Diskutujeme o moralce dneska, 1965 Kral Ubu: Rozbor inscenace Divadla Na Zabradli v Praze, 1966 Rozbor insenace Divadla Na zabradli v Praze, 1966 Josef Koudelka, 1968 Gitans: la fin du voyage, Delpire, France, Gypsies, 1975 Josef Koudelka: I Grandi Fotografi, 1982 Josef Koudelka, 1984 Josef Koudelka. Photographs by Josef Koudelka, 1984 Exiles, 1988 Josef Koudelka, Mission Photographique Transmanche, 1989 Animaux, 1990 Prague 1968, 1990 Josef Koudelka: Fotografie Divadlo za branou 1965–1970, 1993 Josef Koudelka. Photographs by Josef Koudelka, 1993 Cerný Trojuhelník — Podkrušnohorí : Fotografie 1990–1994, 1994 Photopoche: Josef Koudleka, 1997 Reconnaissance Wales, 1998 Chaos, 1999 Lime Stone, 2001 Josef Koudelka, 2002 Théâtre du Temps, 2003 L'épreuve totalitaire, 2004 Koudelka: Camargue, 2006 Koudelka, 2006 Joseph Koudelka Photofile, 2007 Invasion 68: Prague, 2008 Koudelka Piedmont, 2010 Lime, 2012 Wall, 2013
Həmçinin bax Maqnum Foto
İstinadlar
Kateqoriya:Fransa fotoqrafları Kateqoriya:10 yanvarda doğulanlar Kateqoriya:1938-ci ildə doğulanlar Kateqoriya:Çexiya fotoqrafları Kateqoriya:XX əsr fotoqrafları Kateqoriya:Çex fotoqraflar Kateqoriya:Fransız fotoqraflar
Kateqoriya:Maqnum fotoqrafları