Olimpiya ordeni — Olimpiya Hərəkatının ən yüksək mükafatıdır və Olimpiya Hərəkatının inkişafında xüsusi xidmətlərə görə təqdim olunur. Bu, Olimpiya Aktının davamı kimi Beynəlxalq Olimpiya Komitəsi tərəfindən 1975-ci ilin may ayında yaradılıb. Olimpiya Ordeni ilkin olaraq, üç dərəcəli (qızıl, gümüş və bürünc) ordendən ibarət idi, ancaq 1984-cü ildən yalnız qızıl və gümüş dərəcələri təqdim edilir. Ənənəvi olaraq, BOK hər bir Olimpiya Oyunlarının bağlanış mərasimində baş təşkilatçını (və ya təşkilatçıları) Olimpiya Ordeni ilə mükafatlandırır.

Olimpiya Ordeninin fərq nişanları boyunbağı formasındadır və onun qarşısında Olimpiya Hərəkatının beş halqası zeytun çələnginin yan tərəfləri ilə birləşmiş şəkildə təsvir edilir. Nadya Comneci 2005-ci ilə qədər Olimpiya Ordeni ilə iki dəfə təltif edilmiş (1984, 2004) yeganə idmançı idi. O, həm də bu şərəfə layiq görülmüş ən gənc idmançıdır. Lakin, 2005-ci ildə keçmiş serbiyalı basketbolçu Borislav Stankovi də BOK-un prezidenti Jak Roqqe tərəfindən ikinci dəfə (birinci dəfə 1985) Olimpiya ordeni ilə təltif olunmuşdur.

Qızıl Olimpiya ordeni ilə təltif olunan bəzi şəxslər Olimpiya ordeni ilə yalnız idmançılar yox, həm də siyasi liderlər, din xadimləri də təltif olunub. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Pan Gi Mun da qızıl Olimpiya ordeni ilə təltif olunmuşdur. 1981-ci il — II İohann Pavel 1981-ci il — V Olaf 1983-cü il — İndira Qandi 1987-ci il — Kənan Evrən 1987-ci il — Bhumibol Adulyadejə 1987-ci il — Todor Jivkov 1988-ci il — Rainier III, Monako Şahzadəsi 1990-cı il — Culio Andreotti

İstinadlar

Xarici keçidlər 2001-ci ildə Olimpiya ordeni ilə təltif olunan idmançılar

Kateqoriya:Olimpiya simvolları Kateqoriya:"Olimpiya" ordeni kavalerləri