Mustafa Kamal AtatürkDoğum adı: Əli Rza oğlu Mustafa; 1890-cı illərdən 1911-ci ilə qədər: Mustafa Kamal; 1911-ci ildən 1916-cı ilə qədər: Mustafa Kamal "Bəy"; 1916-cı ildən 1921-ci ilə qədər: Mustafa Kamal "Paşa"; 1921-ci ildən 1934-cü ilə qədər: "Qazi" Mustafa Kamal "Paşa"; 1934–1935-ci illərdə: Kamal Atatürk; 1935-ci ildən 1937-ci ilə qədər: Kamâl Atatürk; 1937-ci ildən sonra: Kamal Atatürk. Ömrünün çox hissəsində daşıdığı Mustafa Kamal adı ilə tanınır və yad edilir. "Time" jurnalı 19 may 1941-ci il tarixli nömrəsində yazmışdır: "Yeddi adlı adam. Bu sarışın, mavi gözlü, şən adamın Kamâl Atatürk adı ilə ölməzdən əvvəl yeddi adı var idi." () (və ya sadəcə Kemal Atatürk, 1935–1937-ci illərdə Kamâl Atatürk) (Atatürkün doğum günü dəqiq bilinmir. 19 may — Samsunda İstiqlaliyyət müharibəsinin başladığı gün onun simvolik doğum günüdür. Bundan başqa Atatürkün 1881-ci ildə deyil 1880-ci ildə anadan olduğu da iddia edilir. Baxın: "Doğum tarixi".) — Türkiyə Respublikasının qurucusu və ilk prezidenti, dövlət xadimi, marşal, 1919-cu ildə başlayan Türkiyə İstiqlaliyyət müharibəsinin öndəri.Harold Courtenay Armstrong Gray Wolf, Mustafa Kemal: An Intimate Study of a Dictator. page 225
Birinci Dünya müharibəsində Osmanlı ordusunda xidmət edən Atatürk Çanaqqala cəbhəsində polkovnik, Suriya-Fələstin cəbhəsində isə İldırım Ordular qrupunun komandiri vəzifəsinə təyin edildi.Zürcher, Turkey: a modern history, 142 Müharibənin sonunda Osmanlı imperiyasının məğlub olmasının ardınca İstiqlaliyyət müharibəsi — Türk Milli Hərəkatına liderlik və öndərlik etdi.Türkiye'nin 75 yılı, Tempo Yayıncılık, İstanbul, 1998, pp. 48, 59, 250Mastering Modern World History by Norman Lowe, second edition Türkiyə İstiqlaliyyət müharibəsi ərəfəsində Ankara Hökumətini qurdu, Türkiyə Ordusunun baş komandanı olaraq Sakarya döyüşündəki qələbəsinə görə 19 sentyabr 1921-ci ildə "Qazi" ləqəbini aldı və marşal rütbəsinə yüksəldi. Hərbi və siyasi fəaliyyəti ilə Antanta Dövlətləri və onların dəstəkçiləri üzərində qələbə qazandı. Müharibədən sonra Cümhuriyyət Xalq Partiyasını qurdu və partiyanın ilk sədri oldu. 29 oktyabr 1923-cü ildə prezident seçildi. 1938-ci ildə ölənə qədər dörd hakimiyyət dövründə bu vəzifədə xidmət edərək Türkiyədə ən uzun müddət prezident olmuş şəxs oldu.
Atatürk müasir, proqressiv və dünyəvi olan milli dövlət yaratmaq üçün siyasi, iqtisadi və mədəni sahələrdə dünyəvi və millətçi yönümlü islahatlar həyata keçirmişdir. Belə ki, xarici ölkələrə verilmiş iqtisadi imtiyazlar ləğv edildi və onlara məxsus müəssisələr və dəmir yolları milliləşdirildi. Təhsil sahəsində qəbul etdiyi qanunla təhsil Türkiyə hökumətinin nəzarətinə keçdi. Təhsil sistemi dünyəvi və elmi təhsilə əsaslandırıldı. Minlərlə yeni məktəb tikildi. İbtidai təhsil pulsuz və məcburi edildi. Xarici məktəblər dövlətin nəzarətinə keçdi. Kəndlilərdən alınan ağır vergilər (aşar vergisi) azaldıldı. Kişilərin papaq və geyimlərində bəzi dəyişikliklər edildi. Təqvim, saat və ölçülərdə dəyişikliklər edildi. Məcəllə ləğv edilib əvəzində dünyəvi qanun qəbul edildi. Qadınların mülki və siyasi hüquqları bir çox Qərb ölkəsindən əvvəl tanındı. Poliqamiya ləğv edildi. Qadınların şahidliyi və miras haqqı kişilərinkiylə bərabər edildi. Eynilə, Türkiyədə qadınlara dünyanın əksər ölkələrindən əvvəl yerli seçkilərdə (1930), daha sonra ümumi seçkilərdə (1934) seçmək və seçilmək hüququ verildi. Cinayət və borc haqqında dünyəvi qanunlar qəbul edildi. Sənayenin dirçəldilməsi məqsədilə qanun qəbul edildi. Torpaq islahatı edilməsinə cəhd edildi. Ərəb hərflərinə əsaslanan Osmanlı əlifbasının yerinə latın qrafikasına əsaslanan yeni türk əlifbası təsis edildi. Xalqın maariflənməsi üçün təhsil kompaniyası başladıldı. Universitet islahatı keçirildi. Birinci Beşillik Sənaye Planı qəbul edildi. Sinif və statusa görə ayrı-seçkilik yaradan ləqəb və adlar ləğv edildi və soyadları qüvvəyə mindi. Yekcins və vahid xalq yaratmaq üçün türkləşdirmə siyasəti həyata keçirilirdi.
Türkiyə Dövlət Dəmir Yolları, Türk Hava Yolları, Mineral Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi, Türk Tarix Qurumu, Türk Dil Qurumu, Dəyanət işləri üzrə rəhbərlik və bir çox başqa dövlət qurumları Atatürk tərəfindən və ya Atatürkün dəstəyi ilə təsis edildi. Kənd təsərrüfatının, toxuculuğun, maşınqayırmanın, təyyarə və avtomobil sənayesinin inkişafına dəstək verildi. Bütün bunlara baxmayaraq, Atatürkün hədəfləri ilə ölkənin siyasi-sosioloji quruluşu arasındakı uçurum aradan qalxmadı.
Uşaqlıq və gənclik (1881–1904) 1839-cu ildə Qocacıqda anadan olduğu düşünülən atası Əli Rza əfəndi əslən Şimali Makedoniyadandır. Atasının ailəsi Qocacıq kəndindən torbeşdir. Əli Rza bəy əvvəlcə dini vəqflərə nəzarət edən məmur olaraq işləmiş, Rusiya-Osmanlı müharibəsindən əvvəl 1876–77-ci illərdə könüllü leytenant olaraq xidmət etmişdir. Zibeydə xanımla ailə həyatı qurduqdan sonra Salonikidə ticarətlə məşğul olmuşdur. Andrew Mango Atatürk: The Biography of the Founder of Modern Turkey, Overlook Press, 2002, , p. 25–27 , p.27ff. – "Feyzullah's family is said to have come from the country near Vodina (now Edhessa in western Greek Macedonia). The surname Sofuzade, meaning 'son of a pious man', suggests that the ancestors of Zübeyde and Ali Rıza had a similar background. Cemil Bozok, son of Salih Bozok, who was a distant cousin of Atatürk and, later, his ADC, claims to have been related to both Ali Rıza's and Zübeyde's families. This would mean that the families of Atatürk's parents were interrelated. Cemil Bozok also notes that his paternal grandfather, Safer Efendi, was of Albanian origin. This may have a bearing on the vexed question of Atatürk's ethnic origin. Atatürk's parents and relatives all used Turkish as their mother tongue. This suggests that some at least of their ancestors had originally come from Turkey, since local Muslims of Albanian and Slav origin who had no ethnic connection with Turkey spoke Albanian, Serbo-Croat or Bulgarian, at least so long as they remained in their native land. But in looks Atatürk resembled local Albanians and Slavs.[…] But there is no evidence that either Ali Riza or Zübeyde was descended from such Turkish nomads." page 28; "It is much more likely that Atatürk inherited his looks from his Balkan ancestors.[…] But Albanians and Slavs are likely to have figured among his ancestors."
Anası Zibeydə xanım 1857-ci ildə Saloniki şəhərinin qərb hissəsində fermer ailəsində anadan olmuşdur. Anasının nəsli Karamandan Rumeliyə gələn türkmənlərə dayanır.Sevtap Gamsız, T. C. İnkılap Tarihi ve Atatürkçülük, 2012 İstanbul, s. 12 left|thumb|Məqbulə Atadan, Zibeydə xanım və Mustafa Kamal Əli Rza bəylə Zibeydə xanım 1871-ci ildə ailə həyatı qurdu və Əli Rza bəyin atasına məxsus Salonikidəki evdə yaşamağa başladılar.Kutay, Cemal. Atatürk'ün Beraberinde Götürdüğü Hasret: Türkçe İbadet: Ana Dilimizle Kulluk Hakkı, 1. cilt (1998), Aksoy Yayıncılık, s. 130 Atatürk rumi təqvimi ilə 1296-cı (miladi təqvimlə 1880–1881) ildə Salonikidə anadan olmuşdur. Samsuna gəldiyi 19 mayı doğum günü olaraq qəbul etmişdir.Ətraflı məlumat üçün "Doğum tarixi" başlığına nəzər yetirin. Fatma, Ömər, Əhməd, Naciyə və Məqbulə adlı beş övladın ilk dördü kiçik yaşda ölmüşdür.Tuğlacı, Pars. Çağdaş Türkiye, 1. cilt (1987), Cem Yayınevi, s. 2
Məktəbə başlama yaşına çatan Mustafanın hansı məktəbə gedəcəyi mövzusunda anası ilə atası arasında münaqişə yaranmışdır. Anası Mustafanın Hafiz Mehmet Əfəndinin məhəllə məktəbinə getməsini, atası isə o dövrdəki yeni üsullarla təhsil verən dünyəvi Şəmsi Əfəndi Məktəbində oxumasını istəyirdi. Sonda əvvəlcə məhəllə məktəbinə başlayan Mustafa bir neçə gün sonra Şəmsi Əfəndi Məktəbinə keçdi.Atatürkçü düşünce (1992), Atatürk Araştırma Merkezi, Türk Tarih Kurumu Basımevi, s. 696 Atatürk məktəb seçimindəki bu qərarı üçün həyatı boyu atasına minnətdarlığını bildirmişdir. Atatürk 1888-ci ildə atasını itirdi.Baba, İmran. Културните взаимодействия на Балканите и турската архитектура. Международен симпозиум 17–19 май 2000, Шумен-България (2001), Atatürk Kültür Merkezi Başkanlığı, s. 24 Bir müddət "Rapla" fermasında anasının ögey qardaşı Hüseyinin yanında qalıb sadə ferma işləriylə məşğul olduqdan sonra, təhsilsiz qalacağından narahat olan anasının istəyi ilə Salonikiyə qaytıdı, bibisinin yanında yaşamağa başlayıb məktəbi bitirdi.Aydemir, Şevket Süreyya. Tek adam (1963), Remzi Kitabevi, s. 44 Bu müddətdə Zibeydə xanım Salonikidə gömrük məmuru işləyən Raqıp Bəylə evləndi.Bayhan, Fatih. Gölgesinde Mustafa Kemal büyüten kadın Zübeyde Hanım (2008), Pegasus Yayınları, s. 78 thumb|200x200px|M. Kamal Hərbi Məktəbdə dostları ilə birlikdə, 1901 Mustafa dünyəvi məktəb olan və bürokrat yetişdirən Saloniki Mülki Liseyinə yazıldı.İzmir Ticaret Odası, Atatürk'ün Evi — Bir ulusun geleceğinin doğduğu yer, y.y, t.y.: Anasının bu qərarına qarşı çıxmasına baxmayaraq 1893-cü ildə liseyə daxil oldu. Bu məktəbdə riyaziyyat müəllimi kapitan Üsküplü Mustafa Sabri bəy ona mənası "mükəmməllik, yetişkinlik" olan "Kamal" adını verdi. Fransız dili müəllimi kapitan Nakiyüddin bəy Yücekök azadlıq düşüncəsi ilə gənc Mustafa Kamalın düşüncə tərzinə təsir etdi. Atatürk məktəbi 1895-ci ildə sinif dördüncüsü olaraq bitirdi. Mustafa Kamal Kuleli Hərbi Liseyinə girməyi düşünsə də, ona qardaşlıq edən salonikili zabit Həsən Bəyin Bitolada təhsilin daha yaxşı olduğu tövsiyəsini qəbul edərək 1896-cı ildə Bitola Hərbi Liseyinə yazıldı.Mango, Andrew, Atatürk: the biography of the founder of modern Turkey, (Overlook TP, 2002), p. 27.Jackh, Ernest, The Rising Crescent, (Goemaere Press, 2007), p. 31, Turkish mother and Albanian father Isaac Frederick Marcosson, Turbulent Years, Ayer Publishing, 1969, p. 144.
1896–1899-cu illərdə təhsil aldığı Bitola Hərbi Liseyində tarix müəllimi qolağası Mehmet Tevfik bəy Mustafa Kamalın tarixə olan marağını artırdı. Məktəbdə fransız dilini öyrəndi, Salonikidə keçirdiyi yay tətillərində də fransız dili kurslarına davam etdi. 19 aprel 1897-ci ildə başlayan Osmanlı-Yunan müharibəsinə könüllü qatılmaq istəsə də, həm orta məktəb şagirdi olduğu üçün, həm də 16 yaşında olduğuna görə cəbhəyə gedə bilmədi. 1898-ci ilin noyabr ayında Bitola Hərbi Liseyindən sinif ikincisi olaraq məzun oldu.Celâl Erikan, Komutan Atatürk, Türkiye İş Bankası Kültür Yayınları, Ankara, 1972, s. 72. 13 mart 1899-cu ildə İstanbulda Quru Qoşunları Hərbi Məktəbinə daxil oldu. Hərbi məktəbə girdikdən iki ay sonra sinif çavuşu oldu. Birinci kursu 27-ci, ikinci kursu 11-ci, üçüncü kursu 549 kursant içərisində sinif səkkizincisi olaraq bitirdi və 10 fevral 1902-ci ildə leytenant rütbəsiylə zabit kadrların hazırlandığı Hərbi Akademiyaya haqq qazandı.
Quru Qoşunları Hərbi Məktəbindən sonra Hərbi Akademiyada təhsilinə davam etdi və zabit təhsili aldı. Hərbi Akademiyada təhsil alarkən dostları ilə birlikdə hökumətin idarəetməsi və siyasəti mövzusunda gördükləri əskiklik və yanlışları açıqlamaq üçün əllə yazılmış qəzet nəşr etdilər. Məktəb idarəsi tərəfindən izlənsələr də, cəza almadılar və məktəb qurtarana qədər qəzetin nəşrinə davam etdilər. Atatürk 11 yanvar 1905-ci ildə "zabit" rütbəsi ilə məzun oldu.T. C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genkur. Basınevi, Ankara, 1972, s. 1–17.
Əsgərlik (1905–1918)
İlk illəri thumb|220x220px|Kapitan Mustafa Kamal dostları ilə Dəməşq şəhərində (iyun 1907)