Atayevlər ailəsi tammetrajlı televiziya tamaşası rejissor Lütfi Məmmədbəyli tərəfindən 1978-ci ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Filmdə hadisələr Xosrov Atayevin ailəsində və ətrafında cərəyan edir. Əsas rolları Məlik Dadaşov, Zərnigar Ağakişiyeva, Kamal Xudaverdiyev, Vəfa Fətullayeva, Fuad Poladov, Səidə Quliyeva və Əliabbas Qədirov ifa edirlər.
Məzmun Filmdə hadisələr Xosrov Atayevin ailəsində və ətrafında cərəyan edir. Vicdanlı, dürüst bir həyat tərzi yaşayan Xosrov Atayevin həyat yoldaşı Dilşad xanım isə şan-şöhrət və pul düşkünü bir qadındır. Aralarındakı bu mənəvi uçurum, Dilşadın törətdiyi səhvlər nəhayət onların ailə həyatına da son qoyur.
Əsərdə olduğu kimi filmdə də verilmiş müsbət surətlər əsl mənada xalq nümayəndələridir. Onların mədəni səviyyəcə, zəka və düşüncə etibarilə mənfi surətlərdən nə qədər yüksək olduqlarını isbat etməyə ehtiyac yoxdur...«Atayevlər ailəsi» //Azərbaycan, 1955, №6, s. 150-151
Burada insanların əlaqələri, təbiətlərindəki ziddiyyətlər, rəğbət və mütəqabil münasibətləri verilmiş, yaddaqalacaq obrazlar silsiləsi yaradılmışdır.
Filmin üzərində işləyənlər Əsərin müəllifi: İlyas Əfəndiyev Rejissor: Lütfi Məmmədbəyli Operator: Eldar Məmmədov Rəssam: Qurban Məlikov
Rollarda Məlik Dadaşov – Xosrov Atayev Zərnigar Ağakişiyeva – Dilşad xanım Kamal Xudaverdiyev – İldırım Atayev Vəfa Fətullayeva – Lətafət Fuad Poladov – Şahsuvarov Səidə Quliyeva – Reyhan Əliabbas Qədirov – Cahangir Sevil Xəlilova – Mehrican Hamlet Qurbanov – Sadıqov Mərziyyə Məmmədbəyli – Zabitə Hacı İsmayılov – Xuduş Məcnun Hacıbəyov – Ağasəlim
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1978-ci ilin Azərbaycan filmləri 1970-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1978-ci ilin Azərbaycan filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Tariyel Vəliyevin filmləri