Qurgen Mixayloviç Arutyunyan () — erməni sovet aktyoru, Azərbaycan SSR xalq artisti (1957).
Həyatı Qurgen Arutyunyan 22 iyun 1905-ci ildə hazırkı Gəncə şəhərində anadan olub. Səhnə fəaliyyətinə 1929-cu ildə Bakı Erməni Teatrında başlamışdır. 1949-cu ildən Stepanakert Dövlət Teatrındakı tamaşalarda aktyor kimi çıxış etmişdir. Əsasən komik və xarakter rollarını ifa etmişdir.
Qurgen Arutyunyan 1941-ci ildən Sov. İKP üzvü olmuşdur. O, 2 yanvar 1973-cü ildə hazırkı Xankəndidə vəfat etmişdir.
Mükafatları Azərbaycan SSR əməkdar artisti fəxri adı — 17 iyun 1943 Azərbaycan SSR xalq artisti fəxri adı — 16 may 1957 "Şərəf nişanı" ordeni
İfa etdiyi əsas rollar Rol Tamaşa Müəllif Martiros Namus Aleksandr Şirvanzadə Daniyel Nakam qız Aleksandr Şirvanzadə Nazar Qoçaq Nazar Derenik Dəmirçyan Şeyx Alı Vaqif Səməd Vurğun Heydərqulu Həyat Mirzə İbrahimov Kurdryaş Tufan Aleksandr Ostrovski Luka Həyatın Dibində Maksim Qorki fon Kalb Məkr və məhəbbət Fridrix Şiller
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:Xankəndidə vəfat edənlər