() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Böyük Qafqaz sıra dağlarının aşağı və orta dağ qurşaqlarında, Kiçik Qafqazda, Naxçıvanda kolluqlarda yayılmışdır.

Botaniki xarakteristikası Hündürlüyü 25–70 sm-ə çatan kolcuqdur. Zoğları ağ, sıx tüklüdür. Yarpaqları 5–6 (8) ədəd, cüt, ensiz-xətvari, ellipsvari, yaxud uzun, neştərvari olub, 2 sm uzunluğunda, 4 mm enində, ağ tüklüdür. Çiçək oxu yarpaqdan azca uzun, xırda, sıx, qara tüklüdür. Paxlası qısa, düz yönəlmiş, neştərvari, uzunsov, 2 sm uzunluqda və 4 mm enində, ağ tüklü, iki yuvalıdır. May-iyun aylarında çiçəkləyir, meyvəsi iyulda yetişir. Təbiətdə toxum vasitəsilə çoxalır.

Ekologiyası Gilli, qumsal torpaqlarda, daşlı yamaclarda, quru sahələrdə bitir.

Azərbaycanda yayılması Naxçıvan dağlarının yuxarı dağ qurşağında, Oxçaçay ərazisində, Quba-Şabran rayonunda dağlıq ərazilərdə təsvir edilmişdir. Arealı az olduğu üçün "Qırmızı kitab"a salınması tövsiyə edilir.

İstifadəsi Yarpaqlarının tərkibində efir yağı vardır. Yaşıllaşdırmada tək əkinlərdə, çiçəkliklərdə istifadəsi məqsədyönlüdür.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Avrasiya florası Kateqoriya:Asiya florası