Vilyam Artur Lüis (; ) — Böyük Britaniya iqtisadçısı. 1979-cu ildə Teodor Şultsla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatı almışdır.
Həyatı Artur Lüis 1915-ci ildə o dövrdə Böyük Britaniyanın müstəmləkəsi olan Sent-Lüsiyanın mərkəzi Kastrisdə anadan olub. İngiltərədə yerləşən London İqtisadiyyat məktəbindən 1937-ci ildə məzun olaraq diplom almışdır. Artur Lüis 1940-cı ildə doktorluq dərəcəsinə yüksəlmişdir. Artur Lüis əvvəlcə Mançester Universitetində müəllim olaraq işləmiş, sonralar isə yeni yaradılan Karib Universitetinə rektor olaraq təyin olunmuşdur. 1970-ci ildə Karib Dövlət Bankına direktor təyin olunmuşdur. 1963–1991-ci illərdə ABŞ-nin Prinston Universitetində professor olaraq işləmişdir. 15 iyun 1991-ci ildə Barbadosun Brictaun şəhərində ölmuşdür. Məzarı Sent-Lüsiyada öz adını daşıyan kollecin həyətindədir. Uzun müddət işlədiyi Mançester Universitetində xatirəsinə bir bina tikilmişdir.
Əsərləri 1954 Əməyin qeyri-məhdud ləvazimatları ilə iqtisadi inkişaf, İqtisadi və sosial tədqiqatlar, Mançester məktəbi. 1955 İqtisadi inkişaf nəzəriyyəsi (Corc Ellen və Unvin ilə birlikdə), London. 1966 İnkişaf planı: İqtisadi siyasətin əsas xüsusiyyətləri (Corc Ellen və Unvin ilə birlikdə), London.
Həmçinin bax İqtisadiyyat üzrə Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı
Xarici keçidlər Artur Lüis haqqında Nobel mükafatı e-muzeyində məlumat Artur Lüis haqqında faktlar Artur Lüisin İqtisadiyyat üzrə Nobel mükafatı təqdimolunma mərasimindəki çıxışı
İstinadlar
Kateqoriya:London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin məzunları Kateqoriya:Britaniya iqtisadçıları Kateqoriya:İqtisadiyyat üzrə Nobel mükafatı laureatları Kateqoriya:Sent-Lüsiyalı Nobel mükafatı laureatları Kateqoriya:XX əsr iqtisadçıları Kateqoriya:Afroamerikalılar Kateqoriya:London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin müəllimləri Kateqoriya:Mançester Universitetinin müəllimləri