Qaradağlılar — Azərbaycan türklərinin tayfalarından biri olan Qaradağlılar bölgədəki digər tayfaların əksəriyyəti kimi Səfəvi imperiyasındakı mühüm tayfalardan biri olmuşdurlar. Hazırda əsasən eyni adlı Qaradağ vilayətində yaşayırlar. Onların mütləq əksəriyyəti şiədir və Azərbaycan türkcəsinin Qaradağ ləhcəsində danışmaqdadırlar. Qaradağ ləhcəsi Azərbaycan türkcəsinin ən saf ləhcələrindən biri hesab edilir. 75.000-80.000 arası saylarının olduğu müəyyən edilir. Qacar sülaləsinin Rusiya ilə olan müharibələrindən sonra Cənubi Qafqazda yaşayan Qaradağlı tayfasının bəzi nümayəndələri Araz çayının cənubuna köçüb yenidən Qaradağda məskunlaşmışdır.Большая советская энциклопедия. Третье издание. В 30 томах. Главный редактор: А. М. Прохоров. Том 1: А — Ангоб. Москва: Государственное научное издательство "Большая Советская Энциклопедия", 1969, стр. 278.

Haqqında Qaradağlılar müasir İranda Türkman yatağı deyilən, Araz çayının cənubunda yerləşən, tayfa ilə eyni adı daşıyan Qaradağ vilayətində yaşayan türk tayfalarından biridirlər. Qaradağ adı Azərbaycan türkcəsində böyük dağ və ya dağlıq yer mənasına gəlməkdədir. Bu sözün sonuna lı şəkilçisi əlavə olunmaqla tayfanın adı meydana çıxmışdır.

Tarixçi Ənvər Çingizoğlu Qaradağlı tayfasını Səfəvi imperiyasının qurulmasında iştirak edən əsas tayfalardan biri kimi göstərməkdədir. Onun yazdıqlarına görə, tarixi qaynaqlarda həm də Qaradağ sufiləri adlandırılan tayfa hələ Şeyx Heydərin müridləri arasında özlərinə yer tapmışdılar. Qaradağlı elinin oymaqları Səfəvilər dönəmində ölkənin bir çox ərazisinə yayıldılar. Qaradağlılar 1628-ci ildə də əsas Qızılbaş tayfalarından biri kimi göstərilmişdir. Tarixçi Oqtay Əfəndiyev yazır:

Deməli, İsmayıl Azərbaycan hüdudlarını tərk edərək Kiçik Asiyaya daxil olmazdan əvvəl onun qoşunu tərkibində şamlı, rumlu, ərəşli, zülqədər tayfalarının, həmçinin də Qaradağ, Əhər və Talış sufilərinin adları çəkilir.

Mədəniyyətləri Qaradağlıların yaşadığı Qaradağ bölgəsi dağlıqdır. Buranın şimal-şərqi şahsevənlərin köç yerlərindən biridir. Coğrafi vəziyyətin əlverişliliyinə görə köhnə feodal həyat tərzi müəyyən qədər qorunub saxlanmışdır. Hazırda qaradağlılar əsasən oturaq həyat yaşayırlar və çaylar, dərələr boyunca yerləşib əkinçiliklə məşğul olurlar. Meyvəçilik və ipəkçilik inkşaf etmişdir.

Qaradağlıların yaşam tərzləri Azərbaycan türklərinin bir digər tayfalarından olan şahsevənlərlə çox oxşarlıq təşkil etməkdədir. Qaradağda danışılan Azərbaycan türkcəsi ən saf türkcə hesab edilməkdədir. Pəhləvi sülaləsi dövründə onlara məcburi şəkildə fars dili öyrədilmişdir. Məşhur simaları Ənsar xəlifə Qaradağlı Şahverdi xan Qaradağlı Söhrab bəy Qaradağlı Mürşüdqulu sultan Qaradağlı Fərruxzad bəy Qaradağlı Məhəmməd bəy Qaradağlı

Mənbə

Altay dilləri.Bakı,1996, səh.23. Народы Передней Азии. Москва,1957. Современный Иран. Москва,1975. Брук С.И. Население мира. Москва,1986. Народы мира.Москва,1988. Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh. Ənvər Çingizoğlu,Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh. Ənvər Çingizoğlu, Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011. – 212 səh.

Həmçinin bax Qaradağ vilayəti Qaradağlılar (kitab) Qaradağ tayfaları İstinadlar

Mənbə

Xarici keçidlər

Kateqoriya:Ellər Kateqoriya:Azərbaycanlılar Kateqoriya:Türk xalqları Kateqoriya:Azərbaycan tayfaları Kateqoriya:Qızılbaşlar Kateqoriya:İranda yaşayan etnik qruplar