Əlixan Səmədov () — Azərbaycan musiqiçi və sənətkarı, tanınmış virtuoz balaban ifaçısı və ustadı. Azərbaycanın xalq artisti (2018).
Həyatı Əlixan Səmədov 27 aprel 1964-cü ildə Sumqayıtda musiqiçi ailəsində anadan olub. Səməd Vurğun adına Musiqi Məktəbində obua və Nəriman Nərimanov adına Mədəniyyət Evində qarmon təhsili alıb (1979 −1982). Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb (1986–1990). Nəfəsli alətləri (balaban, klarnet, qaboy, tütək, zurna, saksofon) və xalq çalğı alətlərini (nağara, qoşanağara, dəf, qarmon) böyük bir ustalıqla ifa edir. 1993-cü ildə musiqi sənətini daha da inkişaf etdirmək məqsədilə Türkiyəyə köçən Səmədov balabanı ilə qısa müddətdə böyük dinləyici kütləsi qazanıb. "Balaban metodu" kitabının müəllifi Əlixan Səmədov müxtəlif mükafatlara layiq görülüb. 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.
Həmçinin bax Balaban
Mənbə Nidel, Richard (2005). World music: the basics. Psychology Press. pp. 214–. ISBN 9780415968003. Retrieved 2 may 2011. "ALIHAN SAMEDOV. Clarinet, balaban, zurna and sax player now residing in Turkey. Balaban."
İstinadlar
Kateqoriya:Azərbaycan musiqiçiləri Kateqoriya:Türkiyə musiqiçiləri Kateqoriya:Sumqayıtda doğulanlar Kateqoriya:Balabançılar Kateqoriya:Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunları Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:Azərbaycan qarmonçuları Kateqoriya:Türkiyə azərbaycanlıları