() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Kiçik Qafqaz dağlarında yayılmışdır.

Botaniki xarakteristikası 30-50 sm hündürlükdə yarımkoldur. Yerüstü hissəsi oduncaqlaşmışdır. Bitkinin üzəri çökük, ağ və ya boz tüklüdür. Bütün bitki yerə sərilmiş halda, ağ, yaxud boz tüklü, 3-5 cüt dar, xətvari, ucu küt, 10–14 mm uzunluqda, 1–2 mm enində yarpaqcıqları vardır. Paxlası qısayarpaqlı, adətən horizontal vəziyyətdə, xətvari, bizvari, 3-5 sm uzunluqda və 3 mm enində olub, üzəri tüklə örtülmüşdür. Yabanı halda mayda çiçəkləyir, meyvəsi iyun-iyulda yetişir. Toxum vasitəsi ilə çoxalır.

Ekologiyası Orta dağ qurşağında daşlı yamaclarda, açıq quru sahələrdə daha çox rast gəlinir.

Azərbaycanda yayılması Kiçik Qafqaz dağlarının orta dağ qurşağında, Gəncə yaxınlığında kiçik areallarda rast gəlinir. Azərbaycanın nadir bitkisidir.

İstifadəsi Tərkibində qatran vardır. Yaşıllaşdırmaya tətbiq olunmur.

Sinonimləri Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər