Ələkbər Rauf oğlu Kazımovski () — Azərbaycan rejissoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2006).Azərbaycan Kinosu. Ensiklopedik lüğət. "Elm və Təhsil". Bakı, 2017. s.228

Həyatı Ə. Kazımovski "Tənha durna uçuşu", "Sonuncu məhəbbət", "Şirin bülbül" və s. filmlərin müəllifi olub. Rejissor kimi uzun illər AzTV-də çalışıb.

Ə. Kazımovski rejissor Rauf Kazımovskinin oğludur. 4 noyabr 2006-cı ildə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.

19 sentyabr 2016-cı ildə aktrisa Nahidə Orucovanın 55 illik yubiley tədbirində Kazımovskinin vəziyyəti qəfil pisləşmiş və rejissor vəfat etmişdir.

Filmoqrafiya Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (Aztv) Dahilərin divanı (veriliş, 2007) Gülüş sanatoriyası (film, 1989) Kənddən gələn var (film, 1997) Kənddən gələn var. II hissə (film, 1997) Krossvord (veriliş, 2007) Qeybdən gələn səs (film, 2002) Qoy oturmuşuq (veriliş, 2007) Məhkəmə (veriliş, 2007) Mötəbər insanlarımız (film, 2003) Seans (veriliş, 2007) Sonuncu məhəbbət (film, 1985) Şirin bülbül (film, 2000) Tənha durna uçuşu (film, 2003) Vurğun ocağı (film, 2003) Yeni həyat (film, 2005) Sabiqlər (film-tamaşa,1999)

İstinadlar

Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:2016-cı ildə vəfat edənlər