Anna Selina Storas (; ; 27.10.1765, Böyük Britaniya, London) — italyan əsilli İngiltərə opera müğənnisi, soprano ifaçı.
Həyatı Nensi Storas Londonda işləyən italyan musiqiçisinin ailəsində dünyaya gəlmişdir. Gənc yaşlarından oxumağı öyrənən Nensi Storas hələ 8 yaşında ikən konsert vermişdir. 1778- ci ildə İtaliyada, 1780- ci ildən isə Florensiya, Milan Venesiya opera səhnələrində çıxışlar etmişdir. 1783- cü ildə irland tenor Maykl Kelli və italyan bariton Fraçesko Benuççi ilə birlikdə Vena operasına dəvət alaraq 4 il avstriya opera səhnəsini bölüşür. Fiqaronun toyu operasında Süzan rolunun ilk ifaçısı olmuşdur.
1785- ci ildə hamiləliklə əlaqədar bir müddə səsini itirmiş olur. 1787 ci ildə Nensi Soras qardaşı Stivenlə birlikdə Londona dönür. 1797 —1801- ci illərdə Nensi sevgilisi tenor Con Brem ilə birlikdə Avropa turnesinə çıxır. Səfər zamanı hər ikisi Fransada həbs edilir, sonra isə Nabolenun qarşısında çıxış etmələri üçün Parisə gətirilir. Bundan sonra səyahətlərini Florensiya, Milan, Neapol və Venada davam etdirirlər. 1808- ci ildə Nensi Storas səhnə həyatını bitirmiş olurDavid Conway, John Braham, from Meshorrer to Tenor, Jewish Historical Studies 41 (London, 2007), p. 60.
İstinadlar
Kateqoriya:İngiltərə müğənniləri Kateqoriya:Opera ifaçıları Kateqoriya:Londonda doğulanlar Kateqoriya:Londonda vəfat edənlər Kateqoriya:Soprano