thumb|Yuranın başlanğıcında Pnageya Yura dövrü — Mezozoy erasının Triasdan sonra gələn dövrüdür. 1822-ci ildə alman alimi Aleksandr fon Humboldt tərəfinfən ayrılmış və öz adını Qərbi Avropadakı Yura dağlarından almışdır. 3 şöbə və 11 mərtəbəsi vardır.Ş.Ə.Babayev. Azərbaycan-rus-ingiliscə qısa ensiklopedik geoloji lüğət. Bakı, 2008. səhifə 315. Yura dövrü 201.3 (±0.2) milyon il əvvəl başlayıb və təqribən145 milyon il əvvəl başa çatmışdır.INTERNATIONAL CHRONOSTRATIGRAPHIC CHART. 2022/02 . stratigraphy.org Yura dövründə Yerdə mülayim iqlim olmuşdur. Bu dövrdə qütb ərazilərində buzlaqlar yox idi. Yura dövrünün sonunda kiçik məhv olma baş vermişdir. Sistem/ DövrŞöbə/ EpoxaMərtəbəYaş (milyon il)TəbaşirAltBerias~ 145.0YuraÜst/ GecTiton145.0-152.1Kimmeriç152.1–157.3Oksford157.3–163.5OrtaKellovey163.5–166.1Bat166.1–168.3Bayos168.3–170.3Aalen170.3–174.1Alt/ ErkənToar174.1–182.7Plinsbax182.7–190.8Sinemyur190.8–199.3Hettanq199.3–201.3TriasÜstRet~ 208.5Yura dövrünün bu bölgüləri 2022-ci ilin fevral ayında Beynəxalq Stratiqrafiya

Komissiyası tərəfindən razılaşdırılmışdır.

Bölgülər Yura dövrü Erkən Yura, Orta Yura və Gec Yura epoxalarına bölünür. Stratiqrafiyada süxur formasiyalarının Alt Yura, Orta Yura və Üst Yura seriyalarına bölünür və həmçinin Avropada "Leyas", "Dogger" və "Malm" kimi tanınır.Kazlev, M. Alan (2002) Palaeos website Accessed July. 22, 2008

Üst/Gec Yura

Titon (152.1 ± 0.9–145.0 mln. il)

Kimmeriç (157.3 ± 1 – 152.1 ± 0.9 mln. il)

Oksford (163.5 ± 1 – 157.3 ± 1 mln. il)

Orta Yura

Kellovey (166.1 ± 1.2 – 163.5 ± 1 mln. il)

Bat (168.3 ± 1.3 – 166.1 ± 1.2 mln. il)

Bayos (170.3 ± 1.4 – 168.3 ± 1.3 mln. il)

Aalen (174.1 ± 1 – 170.3 ± 1.4 mln. il)

Alt/Erkən Yura

Toar (182.7 ± 0.7 – 174.1 ± 1 mln. il)

Plinsbax (190.8 ± 1 – 182.7 ± 0.7 mln. il)

Sinemyur (199.3 ± 0.3 – 190.8 ± 1 mln. il)

Hettanq (201.3 ± 0.2 – 199.3 ± 0.3 mln. il)

İstinadlar

Kateqoriya:Geoloji dövrlər Kateqoriya:Yura dövrü