Muradxanlı Ələsgər Cəlal oğlu — azərbaycanlı aktyor.
Həyatı Ələsgər Muradxanlı 10 iyul 1964-cü ildə Ağdam rayonu Gülablı kəndində anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncsənət Universitetinin Mədəni-maarif fakültəsini bitirmişdir. 1993-cü ilin sentyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında truppa müdiri vəzifəsində çalışır.
10 dekabr 2018-ci il tarixində "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Filmoqrafiya Şirin bülbül (film, 2000) Mən sənin dayınam (film, 2001) Yeni həyat (2005) Yoxlama (film, 2006)
İstinadlar
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:"Tərəqqi" medalı ilə təltif edilənlər Kateqoriya:XXI əsr Azərbaycan aktyorları