Ələsgər Novruzəli oğlu Qurbanəliyev () — aktyor.

Həyatı Ələsgər Qurbanəliyev 23 mart 1948-ci ildə Bakı şəhəri Qobu qəsəbəsində doğulub. 23 iyun 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Əvvəllər Sumqayıt Dövlət Dram teatrında aktyor işləyib. 10 aprel 1979-cu ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur. 2013-cü ilin iyun ayının 25-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunmuşdur.

Aktyor 21 aprel 2020-ci ildə 73 yaşında Covid-19 xəstəliyindən vəfat etmişdir.

Əsas rolları Sergey Yeruxin — ("Kiçik torpaqda üç gün" Şamil Fərzəliyev) Qulu — ("Azad çoban" Məmmədyə) Ozan — ("Toxmaq Əhməd" Rauf İçərişəhərli) Təlkəng — ("Sirli dəyirman" Firuz Mustafa) Məşədi Yarməmməd — ("Danabaş kəndinin məktəbi" Cəlil Məmmədquluzadə) Nəcəf — ("Sabah çoxdan başlanıb" Rəhman Əlizadə) Vaxtanq — ("Городской жених" Ramiq Muxtar) Komendant — ("Şəhidlər" Bəxtiyar Vahabzadə) Jandarm — ("Kiçik təpə" Nəbi Xəzri) Molla Orucəli — ("Qonşu qonşu olsa kor qız ərə gedər", Rəşid Bəy Əfəndiyev) Zırı — ("Qarışqa şıllaq atdı", Qılman İlkin) Polis — ("Pul dəlisi", Əhməd Orucoğlu) Baləmi — ("O da mənəm, bu da", Dadaş Mehdi) Xidmətçi — ("Danışan gəlincik", Abdulla Şaiq) Şah — ("Nəsrəddin", Yusif Əzimzadə) Qoca — ("Məhəbbət bir bəladır", Əhməd Orucoğlu) Saymaz — ("Qaraca qız", Süleyman Sani Axundov, Abdulla Şaiq) Qaragünə — ("Dədəm Qorqud", Əbdüləzəl Dəmirçizadə) Kələntər — ("Ölüm hökmü", Elçin) Qaymaq Hafis — ("Mustafa", Orxan Asena) Ohan — ("Hacı Qara", Mirzə Fətəli Axundov) Keçəl kişi — ("Olmuş əhvalat", Aqşin Babayev) Ağahüseyn əmi — ("Ağ dəvə", Elçin) Molla Səfi, Ağsaqqal kişi, Əbdürrəhim, Sərvinaz xanım, Məzlum kişi — ("Yağış, yağmur və daldan atılan daş", Nəcəf Bəy Vəzirov) Şeyx Əbülləhyə — ("Şeyx Sənan", H.Cavid) Kərbəlayı İsmayıl — ("Məkkəyə gedən yol", C.Məmmədquluzadə) Mühafizəçi — ("Romeo və Cülyetta", U.Şekspir) Kitabxanaçı Nəcəf — ("Buzovna kəndinin əhvalatları", Elçin) Molla Həmid — ("Müsyö Jordan və dərviş Məstəli şah", M.F.Axundzadə) Xəlil yüzbaşı — ("Hacı Qara", M.F.Axundzadə) Nuhun qövmü — ("Əlincə qalası", Dilsuz) Şəhərli — ("Buratinonun macəraları", A.Tolstoy)

Filmoqrafiya Yaşa, qızıl balıq (film, 1988) Nakəs (film, 1991) Dolu (film, 2012) Həkimlər

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:COVID-19 pandemiyasından Azərbaycanda vəfat edənlər Kateqoriya:Qobuda doğulanlar Kateqoriya:XXI əsr Azərbaycan aktyorları