Böyük saray (, , ) — Fin körfəzinin cənub sahilində yerləşən "Peterhof" saray-park ansamblının əsas binasıdır. Saray Sankt-Peterburqdakı Petrodvorets rayonunun tərkibində olan federal əhəmiyyətli Peterhof şəhərinin mərkəzində yerləşir.

Bütün bina boyu, sarayın fasadı əhəmiyyətli ölçüdə uzunluğa, monumentallığa və dəbdəbəyə malikdir, onun kompozisiyası isə, ritmik şəkildə mərkəzə istiqamətlənən dəqiq müstəqil hissələrə bölünmüşdür. Bütün bunlar binaya xüsusi plastik görünüş və böyüklük hissi verir: onun mərkəzində yerləşən ən böyük, üçmərtəbəli hissəsi dar tağlar vasitəsilə birmərtəbəli qalereya və simmetrik ikimərtəbəli fligellərlə (kilsə və gerb korpusları) əlaqələndirilir. Dənizə doğru açılan sarayın şimal fasadı silsilənin kənarı boyunca uzanır. Saray binası cənub tərəfdən öz konfiqurasiyasına görə uzadılmış "P" hərfinə bənzəyir, bu kompozisiya onun orta hissəsinin iki qonşu üç mərtəbəli bina ilə birləşməsi nəticəsində yaranmışdır. Böyük sarayın ümumi görünüşündə fiqurlu yüksək tavan, qızıl suyuna salınmış mürəkkəb konfiqurasiyalı vaza və xüsusilə zərli günbəz başları və müxtəlif relyefli dekor əhəmiyyətli rol oynayır.

Fasadların rəngi tərkibinə görə fərqlənsə də, onlarda barokko memarlığı üçün xarakterik olan elementlər - divardan aralı sütunlar, künc daşları, pəncərələrin altında oyma hissələr, künclərdə barelyeflər, naxışlı eyvan çərçivələri istifadə olunmuşdur. Tarix Sarayın inşa tarixi

1714-1725-ci illərdə J.B. LeblondunОльга Медведкова/Olga Medvedkova: Jean-Baptiste Alexandre Le Blond, architecte 1679-1719 - De Paris à Saint-Pétersbourg Alain Baudry & Cie, Paris 2007, isbn=978-2-9528617-0-0, S. 359., daha sonralar isə N. Mikettinin layihələri əsasında "Pyotr barokkosu" üslubunda inşa edilmiş sadə çar sarayı, 1747-1752-ci illərdə imperatriça Yelizaveta Petrovnanın sifarişi ilə memar F.B. Rastrelli tərəfindən artıq "yetkin barokko" üslubunda yenidən inşa edilmişdir. Dənizə açılan saray fasadının uzunluğu 268 metrdir. Böyük saray "Peterhof" Dövlət İncəsənət və Memarlıq Saray-Park Muzeyinin tərkib hissəsi hesab olunur. Dənizə açılan saray fasadının uzunluğu 268 metrdir. Sarayın əsas korpusundan hər iki istiqamətə birmərtəbəli qalereya ayrılır. Bu qalereyalar qərb tərəfdən Gerb, şərqdən isə Kilsə korpusu ilə tamamlanır.

Böyük saray İkinci Dünya müharibəsi zamanı

Böyük Vətən müharibəsinin ilk günlərindən etibarən, Peterhof saray-park ansamblının, xüsusilə də Böyük sarayın kolleksiyaları Novosibirsk və Sarapul şəhərlərinə evakuasiya olunması üzərində genişmiqyaslı işə başlanılmışdı. Qısa müddət ərzində işçilərdən ibarət kiçik bir komanda çox mürəkkəb və böyük işin öhdəsindən gəlmək məcburiyyətində qaldı: onlar ilk növbədə evakuasiya olunması vacib hesab olunan əşyaları müəyyənləşdirməli, rəsm əsərləri və dekorativ parça nümunələrini divarlardan çıxarmalı, çini və fayans qabları, həmçinin bütün büllur çilçıraqları ehtiyatla qablaşdırmalı idilər. İşçilər tərəfindən I Pyotrun kabinetindəki N. Pino tərəfindən hazırlanmış palıd üzərində oymalar da qismən çıxarılmışdı. Peterhof muzeyinin elmi tədqiqatçısı A.P. Çubova 1942-ci ildə mühasirədə olan Leninqrad şəhərindən bu cür yazırdı:

O daha sonra Böyük saray haqqda bunu yazırdı:

Böyük Sarayın müharibədən öncə kolleksiyasını təşkil edən 4000-dən çox əşyada, 2000-dən çoxu Rusiyanın başqa şəhərlərinə aparılmışdı. Muzey dəyərlərinin təxliyəsi ilə əlaqədar görülən işlər son saata kimi, döyüşlərin artıq şəhərin ətrafında gedən vaxta kimi, aparılırdı. Muzey əmlakının bir hissəsi - yəni irihəcmli mebel, böyük farfor vazaları, bəzi rəsm əsərləri, xalçalar, bürünc əşyalar Böyük Sarayın zirzəmisində gizlədilmişdir.

1941-ci ilin sentyabr ayında nasist işğalının elə ilk günlərində sarayda yanğın hadisəsi baş verir. Yanğını söndürən heç bir kəs sarayda qalmamışdı, çünki faşistlər gəldikdən dərhal sonra, sakinlər şəhərdən qovulmuşdu. Yanğın nəticəsində interyerin boyanma plafonlar, yığma parket və qızılı taxta oymalar tamamilə məhv olmuşdu. Nasistləri quru qoşunlarının komandiri, General-Feldmarşal fon Rayxenau Hitlerin təlimatlarına uyğun olaraq əmr verirErnst Willi Hansen: Grundkurs deutsche Militärgeschichte. Band 2: Das Zeitalter der Weltkriege. Verlag Oldenbourg, München 2007, ISBN 978-3-486-58099-0, S. 217.: "Əsgərlər yalnız dayanacaq qismində istifadə etmək üçün lüzum bildikləri binalarda baş vermiş yanğınların söndürülməsində maraqlı olmalıdırlar. Başqa hər şey məhv edilməlidir. Şərqdəki heç bir tarixi binanın bədii dəyəri yoxdur". Çökmüş döşəmə və dam və sınıq pəncərə ilə, yanğından qaralmış saray bu vəziyyətdə 1944-cü ilə kimi qalırdı. 1944-cü ildə alman qoşunlarının Peterhofdan geri çəkilməsi zamanı, sarayın mərkəzi, yəni Petrov hissəsi partladılmışdıChristian Hartmann: Wehrmacht im Ostkrieg. Front und militärisches Hinterland 1941/42. Verlag Oldenbourg, München 2010, ISBN 978-3-486-70225-5, S. 2. Johannes Hürter: Hitlers Heerführer. Die deutschen Oberbefehlshaber im Krieg gegen die Sowjetunion 1941/42. München 2007, ISBN 3-486-58341-7, S. 584.. Onun yerində bir yığın xarabalıq meydana gəlir; yeganə ayaqda qalan cənub divarında isə əvvəlki gözəl pəncərələrin yerində böyük dəliklər əmələ gəlmişdi. Elə həmin gün, bütün ölkəyə nasistlər tərəfindən məhv edilmiş saray və fəvvarələrin fotoşəkilləri yayılmış və bir çox qəzet və jurnallarda çap olunmuşdu.

1944-cü ilin yazında Peterhofa Leninqrad cəbhəsindən bir qrup insan gəlir. Onlar "Rusiya incəsənətinin mirvarisini" bərpa etmək arzusunda idilər. Restavrasiya işləri ilk növbədə parklarda başlamışdı; fəvvarə və heykəllər yenidən bərpa edilmişdi. Peterhofun ilk bərpa edilmiş fəvvarələri 25 avqust 1946-cı ildə əvvəlki işinə başlamışdı. Lakin bu gözəl fontanların fonunda, Böyük sarayın yanmış xarabalıqları çox pis görünürdü. Pessimist insanlar tanınmış incəsənət muzeyinin əbədi yer üzündən itdiyini görürdülər.

1947-ci ildə memar və professor A.A. Olyanın emalatxanasında binanın xarici görünüşünün yenidən qurulmasını təmin edəcək yeni layihə tərtib olunmuşdu. 1948-ci ildə Sovet hökuməti XVIII-XIX əsrlərin görkəmli mədəniyyət və incəsənət abidəsi hesab olunan Böyük sarayı bərpa etmək qərarına gəlir. Arxiv, tarixi, ikonoqrafik və arxeoloji materialların diqqətli tədqiqatına əsaslanan, həmçinin abidənin tikinti tarixini hərtərəfli öyrənən bərpaçılar, 8 ildən sonra təmir-bərpa işlərinə start vermiş və sarayın xarici görünüşü yenidən qurmuşdular. 1964-cü ildə ilk otaqlar turistlər üçün açılmışdı.

Memarlıq xüsusiyyətləri

Yuxarı bağ və ya Aşağı parkdan Böyük sarayın fasad görünüşü insanlarda təsir edici effekt yaratsa da, saray özü olduqca dar və göründüyü kimi elə də böyük deyil. Sarayın təqribən 30 otağı, o cümlədən; boyalı tavan, mozaik parket və divarları qızıl suyuna salınmış və mərmər fiqurlarla bəzədilmiş təntənəli otaqları var.

Təntənəli pilləkən

Təntənəli pilləkən sarayın qərb fligelində yerləşir. Bu həll memar Rastrelliyə əsas otaqların fasad oxu boyunca anfilada şəklində yerləşdirməyə imkan yaradırdı (bu prinsip memarın növbəti şah əsəri sayılan Böyük Yekaterina sarayında daha qabarıq formada həyata keçirilmişdir). Cüt işıqlandırma sistemi ilə təchiz olunmuş salon və dəbdəbəli tərtibatı ilə fərqlənən pilləkən sarayının ən cəlbedici interyerlərindən biridir. Burada Rastrelli az qala bütün mümkün dekor vasitələrdən istifadə edərək (ağac üzərində oyma, ferforje, yağlı boya ilə plafonların rənglənməsi, divarların tempera ilə boyanması) incəsənət sintezinin maksimal həddinə çatmışdır. Pilləkənin interyerində çoxşaxəli şəkildə müxtəlif heykəltaraşlıq formaları - barelyef, kartuş, heykəllər, rokayl və vazalar təqdim edilmişdir.

Ancaq dekorun əsas əsas elementlərindən biri, ənənəvi Rastrelli interyerlərinə xas olan qızılı ağac oyması hesab olunur. Tikinti və bəzək işlərin yerinə yetirilməsi 1751-ci ilə aiddir; rus ustalarından ibarət briqadaya İosif Ştalmeer başçılıq edirdi. Pilləkənin aşağı hissəsi, heykəltaraş Q. Mixaylova və E. Maslennikov tərəfindən Müharibədən sonrakı illərdə yenidən bərpa edilmiş oyma kariatid fiqurları ilə bəzədilmişdir. Yuxarı hissənin ən diqqət çəkən heykəlləri, pilləkənin üst meydançasında yerləşən Mövsümün alleqorik təsvirləri hesab olunur. Bahar, Yay (pilləkənin küncündə), Payız və Qış (birinci və ikincinin qarşısındakı taxçalara quraşdırılıb) gənc qız obrazında yaradılmışdır. Bahar, Yay və Payız heykəllərin təkrar surətini də Q. Mixaylova və E. Maslennikov yaratmışdı; Qış heykəli Böyük Vətən müharibəsi zamanı saraydan evakuasiya olunaraq xilas edilmişdi. Rəqs zalına aparan Giriş portalı zəfər tağı formasında öz həllini tapmışdı. Monumental desüdeportun əsas bəzək elementlərindən biri - "Sədaqət" və "Ədalət" adlı iki oyma fiqur hesab olunur. Portal S. Lebedevanın tərtib etdiyi modellər əsasında yenidən qurulmuşdu.

Divarlar bol-bol tempera ilə boyanıb, onun nəfis ornamentlərində isə gül çələngləri və digər bitki mənşəli motivlər, cüt başlı qartal, Yelizaveta Petrovnanın venzelləri heyrətamiz şəkildə bir-birilə toxunur. Apollon, Diana və Floranın boyalı fiqurları xəyali nişalara daxil olmuşdur; bu aldadıcı təsir interyerin yüngüllüyünü və rahatlığını daha da vurğulayır (interyer Antonio Peresinotti və onun köməkçiləri tərəfindən həyata keçirilmişdir). "Xəyali" effektin yaradılmasında, pilləkənə bol işıq şüalarının düşməsini sağlayan səkkiz böyük ranza pəncərələr böyük rol oynayır. Yuxarı yaruslarda barokko üslubuna səciyyəvi olan, insanlarda genişlik və rahatlıq hissi oyadan və işıqlandırma effektini daha da gücləndirmək üçün nəzərdə tutulmuş çoxlu aldadıcı güzgülü aynalar yerləşdirilmişdir.

Təntənəli pilləkənin tavanı "Bahar allegoriyası" adlı plafon ilə bəzədilmişdi. Plafon 1751-ci ildə Bartolomeo Tarsia tərəfindən hazırlanmışdır. Qurulmasından bu yana mənzərəli iş Yelizaveta Petrovnanın hakimiyyətinin şöhrətlənməsi, həmçinin incəsənət, elm və sənətkarlığın çiçəklənmə dövrü kimi qəbul olunur. Bundan başqa, interyerin ümumi simvolikası çox maraqlı formada interpretasiya olunur: o geniş şəkildə Rusiya dövlətinin rəmzini və İncəsənətə olan himayəsini, xalqının isə rifahını açıqlayır. Plafon L. Lübimov, V. Nikiforov, V. Korbanov tərəfindən yenidən qurulmuşdu. Məhz onlar tərəfindən həmçinin paduqa və təntənəli pilləkən divarlarının bədii dekorasiyası bərpa olunmuşdu. Pilləkənin major və dəbdəbəli əfval-ruhiyyəsi Rəqs zalında davam edir.

Rəqs zalı

Təxminən 270 kvadrat metr olan Rəqs (və ya Tacir) zalı sarayın bütün qərb qanadını tutur. Dekorativ tərtibatına görə, sarayın ən dəbdəbəli interyeri xüsusi bayram ruhunda tərtib olunmuşdu. O 1751-1752-ci illərdə yaradılmış və tam şəkildə Rastrellinin ilkin planlarını özündə qoruyub-saxlamışdır. Rəqs zalının xüsusiyyətlərindən biri də, qərb və şimal bütöv divarlarının əsas hissəsini tutan saxta güzgülü aldadıcı aynaların tutmasıdır. Onların qarşısındakı divarlarlarda həqiqi, ikiyaruslu və böyükhəcmli pəncərələr yerləşir. Həm həqiqi, həm də saxta aynaların arasındakı boş yeri nəhəng güzgülər bəzəyir. Güzgülərin bolluğu təkrar vurma ilə artan "məkan effekti" yaradır.

Zalın bədii tərtibatında qızıl suyuna salınmış ağac oymaları üstünlük təşkil edir. Pəncərə arasındakı boşluqda və güzgülərin üzərində, Vergilinin "Eneida" və Ovidiyin "Metamorfoz" mövzularına aid (əsərlərin müəllifi Cuzeppe Valerianidir) tondolar yerləşir. Hal-hazırda tondoların dördü orijinal, digər on ikisi isə Böyük Vətən müharibəsi zamanı itirilmiş əsərləri əvəz etmək məqsədilə hazırlanan surətlərdir. Divardan tavana hamar keçid yaratmaq məqsədilə istifadə olunan paduqalar yapma kronşteyn və nəfis medalyonlarla bəzədilmişdir. Zal üçün xüsusi olaraq yaradılmış "Apollon Parnasda" adlı plafon (Bartolomeo Tarsia, 1751-ci il) bütün tavanı əhatə edir. Ağcaqayın, qoz, açıq və tünd palıd ağacından hazırlanmış ornamental mozaik parket dekorativ interyeri tamamlayır.

Mavi qəbul otağı 250px|thumbnail|left|Mavi qəbul otağı