Mövlud Çavuşoğlu (; ) — türk siyasətçi, diplomat və dövlət xadimi, Türkiyə Respublikasının xarici işlər naziri (2014-2023), Türkiyə Böyük Millət Məclisinin 22-28-ci çağırışlarının deputatı.
Erkən həyatı və təhsili Mövlud Çavuşoğlu 5 feral 1968-ci ildə Türkiyə Respublikasının Antalya ilinin Alanya şəhərində dünyaya gəlmişdir. Çavuşoğlu H. Əmin Paşa Özəl liseyini birinci sırada bitirmiş, 1988-ci ildə Ankara Universitetinin Siyasi elmlər fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr dərəcəsindən məzun olmuşdur.
1991-ci ildə ABŞ-nin Nyu-York ştatındakı Long-Aylend Universitetində İqtisadiyyat sahəsi üzrə magistratura təhsilini başa vurub. 1993-cü ildə isə Ankara Universiteti nəzdnindəki Avropa İttifaqı Elmi-tədqiqat Mərkəzində "Avropa Birliyi üzrə Ekspert Proqramı"nı tamamlamışdır. Həmin il Ankarada yerləşən Bilkənd Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində doktorantura programına başlamışdır. Jean Monnet təqaüd proqramı çərçivəsində 1993–1995 illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində doktorantura təhsilini davam etdirmişdir.
Siyasi fəaliyyəti Mövlud Çavuşoğlu Ədalət və İnkişaf Partiyasının qurucu üzvüdür. 22, 23 və 24-cü Çağırış Türkiyə Böyük Millət Məclisinə Antalyadan deputat seçilib.
2013-cü ilin yanvar-dekabr tarixlərində Ədalət və İnkişaf Partiyası Sədrinin Xarici işlərdən məsul katibi vəzifəsini icra etmişdir. 2013-cü ildə TBMM Türkiyə-ABŞ və Türkiyə-Yaponiya parlamentlərarası dostluq qrupu rəhbəri olmuşdur.
Diplomatik fəaliyyəti
Avropa Parlamentində 2003–2014 illərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti, Türk Heyəti Rəhbərliyi, Miqrasiya, Qaçqınlar və Əhali Komitəsi Rəhbərliyi, Miqrasiya Alt Komitəsi Rəhbərliyi, Turizm İnkişaf Alt Komitəsi Rəhbərliyi, Nəzarət Komitəsi, İqtisadi İşlər və İnkişaf Komitəsi, Hüquq və İnsan Haqqları Komitəsi, Siyasi İşlər və Demokratiya Komitəsi üzvlükləri kimi müxtəlif vəzifələri icra etmişdir.
2010–2012 illərində AŞPA rəhbərliyinə seçilmiş, bu vəzifəyə yüksələn ilk Türk parlament üzvü olmuşdur. 7 aprel 2014 tarixində AŞPA fəxri üzvü adını almışdır. 27 yanvar 2012 – 31 yanvar 2014 tarixləri arasında Venesiya Komissiyasında AŞPA-nı təmsil etmişdir.
2007–2010-cu illərdə Avropa Təhlükəsizlik və Müdafiə Assambleyası (Qərbi Avropa Birliyi Assambleyası) Türk Heyəti Rəhbərliyi vəzifəsini icra edib. 26 dekabr 2013 – 29 avqust 2014 tarixlərində Avropa Birliyi Naziri və Başmüzakirəçi olaraq fəaliyyət göstərib.
Xarici İşlər Nazirliyində 29 avqust 2014 – 30 avqust 2015 tarixlərində 62. Türkiye Cumhuriyəti Hökumətinin Xarici İşlər Naziri olaraq fəaliyyətini davam etdirib.
Daha sonra 64 və 65-ci Türkiyə Cumhuriyəti Hökumətinin Xarici İşlər Naziri olaraq yeniden təyin edilib.
9 iyul 2018-də Türkiyə Cumhuriyəti Prezident İdarəetmə Sisteminin ilk Xarici İşlər Naziri olaraq təyin olunmuşdur. Hal-hazırda bu postda fəaliyyətini davam etdirir.
Təltif və Medallar 55px|ribbon bar Yüksələn Günəş Nişanı Ali Kordonu (2019) Qərbi Azərbaycan İcmasının fəxri üzvü
İstinadlar
Xarici keçidlər Mevlüt ÇAVUŞOĞLU Dışişleri Bakanı Özgeçmiş Mevlüt Çavuşoğlu kimdir? Mevlüt Çavuşoğlu Çavuşoğlu'na Japonya İmparatorundan devlet nişanı
Kateqoriya:Türkiyə siyasətçiləri Kateqoriya:TBMM XXII çağırış deputatları Kateqoriya:TBMM XXIII çağırış deputatları Kateqoriya:TBMM XXIV çağırış deputatları Kateqoriya:TBMM XXVI çağırış deputatları Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Türkiyənin xarici işlər nazirləri Kateqoriya:Türkiyə müsəlmanları