Robert Aumann () (d. 8 iyun 1930) — yəhudi iqtisadçı. 2005-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.

Həyatı İsrail və ABŞ-nin ikili vətəndaşlığına sahib olan Robert Aumann Almaniyada doğulmuşdur. Universitet təhsilini Nyu York Şəhər Kollecində riyaziyyat sahəsində başa çatdırdıqdan sonra, doktorluğunu 1955-ci ildə Massaçusets Texnologiya İnstitutunda tamamlamışdır. Oyunlar nəzəriyyəsinin modern iqtisadiyyatda önəmli bir rol almasında xidmətləri olmuşdur. 1956-cı ildə Qüds İvrit Universitetində dərs demişdir, həmçinin bu universitetin Rasionallıq mərkəzinin qurulmasında da iştirak etmişdir.

2005-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatını Tomas Şellinq ilə paylaşmışdır. Onlar oyunlar nəzəriyyəsi ilə iqtisadi həmkarlığa və rəqabət mövzusuna gətirdiləri açıqlamadan dolayı mükafata layiq görülmüşlər.

Əsərləri Values of Non-Atomic Games, Princeton University Press, Princeton, 1974 (L.S.Şepli ilə birlikdə). Game Theory (İvritcə), Everyman's University, Tel-Aviv, 1981 (Y.Tauman və S.Zamir ilə birlikdə), Cild 1,Cild 2. Lectures on Game Theory, Underground Classics in Economics, Westview Press, Boulder, 1989. Handbook of Game Theory with economic applications, Cild 1-3, Elsevier, Amsterdam (S.Hart ilə birlikdə). Repeated Games with Incomplete Information, MIT Press, Cambridge, 1995 (M.Masçler ilə birlikdə). Collected Papers, Cild 1-2, MIT Press, Cambridge, 2000. Həmçinin bax İqtisadiyyat üzrə Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı Xarici keçidlər Robert Aumann haqqında Nobel mükafatı e-muzeyində məlumat Robert Aumann haqqında faktlar Robert Aumannın şəkilləri Robert Aumannın müsahibəsi Robert Aumannın İqtisadiyyat üzrə Nobel mükafatının təqdim olunma mərasimindəki çıxışı

İstinadlar

Kateqoriya:ABŞ iqtisadçıları Kateqoriya:İqtisadiyyat üzrə Nobel mükafatı laureatları Kateqoriya:Yəhudilər Kateqoriya:Massaçusets Texnologiya İnstitutunun məzunları Kateqoriya:Yəhudi alimlər Kateqoriya:XX əsr riyaziyyatçıları Kateqoriya:XX əsr iqtisadçıları Kateqoriya:XXI əsr riyaziyyatçıları Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Almaniya yəhudiləri Kateqoriya:ABŞ riyaziyyatçıları Kateqoriya:Oyun nəzəriyyəçiləri