Loren Koen (; ) — amerikalı-britaniyalı aktrisa və model. AMC telekenalında yayımlanan "Gəzən ölülər" serialındakı Meqqi Qrin personajı ilə tanınma qazanmışdır. O, 2023-cü ildən etibarən "The Walking Dead: Dead City" serialında öz rolunu yenidən ifa edir. Loren həm də "Fövqəltəbii", "Vampirin gündəlikəri" və "Çak" seriallarına çəkilmişdir.
Həyatı Loren Koen 7 yanvar 1982-ci ildə Nyu-Cersi ştatının Çerri-Hill şəhərində anadan olmuşdur. Atası amerikalı, anası isə şotlanddır. O, 13 yaşına qədər Nyu-Cersidə böyümüşdür.Some sources cite Philadelphia, Pennsylvania, including: * * Gənc yaşlarında anasının vətəni olan Böyük Britaniyaya, Surreyə köçmüşdür. Loren həm də bir il Corciya ştatında yaşamışdır.
Onun anası ögey atası ilə evləndikdən sonra Lorenin soyadı rəsmi olaraq Koen olaraq dəyişdirilib. Anası yenidən evləndikdən sonra yəhudiliyi qəbul etmək qərarına gəlmişdir. Loren hələ beş yaşında ikən yəhudiliyi qəbul etmişdir. O, həmçinin Bat Mitzvah mərasimi keçirib. Loren valideynlərinin ilk evliliyindən olan yeganə uşaqdır. Onun valideynləri yenidən evlənməli olmuşdur. Lorenin həm anasının, həm də atasının yeni evliliklərindən dünyaya gələn bir neçə ədəd kiçik bacısı var. O, təhsilini Uinçesterdəki King Alfred Kollecində (hazırda Uiinçester Universiteti) başa vurub və burada dram və ingilis ədəbiyyatı üzrə İncəsənət Bakalavr dərəcəsi qazanmışdır. Universitetdə oxuduğu müddətdə o, teatr ilə birlikdə qastrol səfərlərinə çıxıb.
İstinadlar
Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:ABŞ fotomodelləri Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:ABŞ teatr aktrisaları Kateqoriya:Britaniya televiziya aktrisaları Kateqoriya:Birləşmiş Krallıq teatr aktrisaları Kateqoriya:Birləşmiş Krallıq modelləri Kateqoriya:XXI əsr Böyük Britaniya aktrisaları