La Plata və ya La-Plata () — Argentinada şəhər, Buenos-Ayres vilayətinin inzibati mərkəzi. La Plata çayının sahilində yerləşir.
Şəhərin əsası rəsmi olaraq 19 noyabr 1882-ci ildə Dardo Roxa tərəfindən qoyulmuşdur. La Plata şəhərinin adı 1952 və 1955-ci illər aralığında Syudad-Eva-Peron olmuşdur.
Şəhər Argentina birinci diviziyasında çıxış edən iki vacib kluba ev sahibliyi edir: Estudiantes de La Plata və Gimnasiya Esqrima La Plata.
İqtisadiyyat thumb|"Banco Provincia"nın La Plata şəhərində yerləşən baş qərargahı.|323x323px Maliyyə La Plata şəhərində 1960-cı ildə təsis edilmiş fond birjası fəaliyyət göstərir. Bu birja Argentina Fond Birjaları sisteminin üzvüdür.
La Platada ölkədə fəaliyyət göstərən bir çox bank təşkilatının filialı yerləşir.
Əhali thumb|La Plata əhalisi (1960-2001).|320x320px La Plata şəhərinin əhalisinin sayı 1960-cı ildən bəri aşağıdakı templə dəyişmişdir: 1960: 337,060 1970: 391,247 1980: 459,054 1991: 521,759 2001: 763,943 2010: 799,523
2001-ci ildə La Plata 763,943 nəfər əhalisi ilə Argentinada ən böyük altıncı aqlomerasiya olmuşdur.
Əhalisinin əksər hissəsi ispan və italyan əsilli şəxslərdən, həmçinin alman, ərəb, yəhudi və polyak milli azlıqlardan ibarətdir. Şəhərdə İspaniya və İtaliya konsulluqları ilə yanaşı, ərəblərə məxsus bir neçə cəmiyyət, institut və yəhudilərə məxsus kitabxana, məktəb, sinaqoq fəaliyyət göstərir.
Həmçinin bax Argentina Argentina şəhərləri
İstinadlar
Xarici keçidlər
Şəhərin rəsmi saytı Şəhərin interaktiv xəritəsi
Kateqoriya:Argentina şəhərləri Kateqoriya:Planlı şəhərlər