Cəhənnəm () — ABŞ yazıçısı Den Braun tərəfindən 2013-cü ildə mistik-triller janrında yazılmış romandır. Robert Lenqdon haqqında romanlar seriyasından olan əsər Mələklər və iblislər, Da Vinçi şifrəsi və İtirilmiş simvol romanlarından sonra dördüncü romandır. Əsər ilk dəfə 14 may 2013-cü ildə "Doubleday" nəşriyyatı tərəfindən yayımlanmışdır. Yayımlanmasından sonra ilk on bir həftə ərzində New York Times Best Seller siyahısına rəhbərlik edən əsər ilk on yeddi həftə ərzində də elektron kitablar siyahısına rəhbərlik etmişdir.
Məzmunu
Harvard Universitetinin simvolistika üzrə professoru Robert Lenqdon oyanarkən başından yara aldığını və son günlərdə nə baş verdiyini xatırlamadığını görür. O, sonuncu dəfə Harvard Universitetində olduğunu xatırlasa da, tezliklə Florensiyada olduğunu anlayır. Ona xidmət edən həkimlərdən biri olan Sienna Bruks bildirir ki, professor xəstəxanaya gətirilərkən huşu özündə olmayıb və başından güllə yarası almış olub. Bu zaman Roberti təqib edən qadın qatil Vayenta xəstəxanaya girərək onu öldürməyə cəhd edir, lakin həkim Sienna Bruksun köməkliyi ilə Robert Lenqdon xəstəxanadan qaça bilir.
Siennanın xəstəxanada baş verənləri söyləməsindən sonra Robert pencəyinin gizli cibində üzərində biotəhlükə işarəsi olan naməlum silindr tapır və ABŞ konsulluğuna zəng etmək qərarına gəlir. Konsulluqdan bildirirlər ki, onlar professoru axtarırlar və yerini bildirməsini xahiş edirlər. Robert yerləşdiyi Siennanın evinin ünvanını söyləyir və qısa zaman sonra silahlı Vayentanın həmin əraziyə gəldiyini görür və qərara gəlir ki, konsulluq onun ölümünü istəyir. Robert qərara gəlir ki, silindri açsın və həmin əşyanın içindən kiçik bir projektor tapır. Projektoru yandırdıqda divarda Botiçellinin "Cəhənnəmin xəritəsi" canlanır. Təsvirin aşağısında yazılıb: "Həqiqəti yalnız ölümün gözlərindən görmək mümkündür." Bu zaman silahlı əsgərlər Siennanın evi yerləşən binaya doluşurlar və Sienna ilə Robert təcili evi tərk edirlər. 180px|thumbnail|left|Palaçço Vekko Robert və Sienna Florensiyanın Qədim Şəhər hissəsinə keçək istəsələr də, bütün yolların Florensiya Polisi və Xüsusi Silahlı Dəstələr tərəfindən bağlandığını görürlər. Onlar Boboli bağları yaxınlığındakı tikinti ərazisində gizlənirlər və bu zaman Robert yenidən "Cəhənnəmin xəritəsi"ni işıqlandırır. Xəritəni diqqətlə izlədikdən sonra o, cəhənnəm qatlarından birində başı aşağı basdırılmış insanların göydə qalmış ayaqlarının altına "CATROVACER" yazıldığını görür, xəritədə qatların yerinin dəyişdirilməsini görən professor Botiçellinin "Cəhənnəmin xəritəsi" əsəri əsasında yazını "CERCA TROVA" kimi oxuyur. Robert qərar verir ki, bu yazı Vazarinin Palaçço Vekkodakı "Marsiano döyüşü" freskasına işarə edir. Robert və Sienna əsgərləri aldadaraq Vazari dəhlizi vasitəsiylə Qədim Şəhərə daxil ola bilirlər.
Robert Palaçço Vekkoya gələrək "Beşyüzlər zalı"ndakı nəhəng "Marsiano döyüşü" freskasının qarşısında dayanır, yaddaşını bərpa etməyə çalışaraq bu freska ilə Botiçellinin "Cəhənnəmin xəritəsi"ndə yazılmış "ölümün gözləri" ifadəsi ilə əlaqə qurmağa çalışır. Bu zaman Palaçço Vekko muzeyinin direktoru Marta Alvarez gülər üzlə onlara yaxınlaşır. Marta bildirir ki, keçən gecə Robert "Il Duomo"nun direktoru İqnazio Busoni ilə birgə muzeyə baş çəkib. O, Sienna və Lenqdonu pilləkənlərlə yuxarı qaldıraraq "Marsiano döyüşü" freskasının sirli "cerca trova" yazılı hissəsi ilə eyni hündürlüyə çıxarır. Marta Robertə söyləyir ki, keçən gecə onlara Dantenin ölüm maskasını göstərib. Robert başa düşür ki, keçən gecə keçdiyi yollardan təkrar keçir. Marta Robert və Siennanı maskanın olduğu otağa apardıqda əsərin yerində olmadığını görürlər. Onlar muzeyin təhlükəsizlik xidmətinin video yazılarına baxırlar və aydın olur ki, maskanı Robert Lenqdon və İqnazio Busoni oğurlayıblar. Muzeyin təhlükəsizlik xidməti nümayəndələri Sienna və Robertə çönürlər, bu zaman Marta İqnazionun ofisinə zəng edir, telefona cavab verən katibə bildirir ki, İqnazio keçən gecə ürək tutmasından vəfat edib və ölərkən Robert Lenqdon üçün müsaj qoyub. Katibə İqnzaionun mesajını Robert üçün səsləndirir və məlum olur ki, İqnazio Dantenin "İlahi Komediya"sının "Cənnət" hissəsinin XXV nəğməsi vasitəsiylə maskanın yerini bildirən mesaj qoyub.
Robert və Sienna muzeyin təhlükəsiz xidməti işçilərini aldadaraq keçə bilsələr də, əsgərlər özünü çatdırır. Onlar "Beşyüzlər zalı"nın damına çıxırlar. Bu zaman Vayenta onları tapır və Sienna onu itələyir. Vayenta Vazarinin məşhur "I Kozimonun ilahiləşdirilməsi" tavan rəsmini cıraraq zalın mərmər döşəməsinə çırpılır və ölür. Robert "Cənnət"in XXV nəğməsini Florensiya vəftizxanası ilə əlaqələndirir və burada onlar vəftiz hovuzunda milyarder genetika mühəndisi Bertrand Zobrist tərəfindən arxasına işarələr qoyulmuş maskanı tapırlar. Sienna sonradan izah edir ki, Zobrist insanların sayının artmasını insan nəsli üçün təhlükə hesab edən və insan artımının nəzarətdə saxlanmasını vacib hesab edən bir alim olmuşdu. Bu arada üzünü və bədənini qaşınan və qanayan yaralar basmış Conatan Ferris adlı bir şəxs də Lenqdon və Bruksu izləyir, o, vəftizxananın içinə girərək Lenqdon və Bruksa kömək təklif edir, o, Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) təmsil etdiyini bildirir. Onlar birlikdə Venesiyaya gəlirlər, Müqəddəs Mark bazilikandə Robert Lenqdon əsgərlər tərəfindən ələ keçirilərək, ÜST baş direktoru Elizabet Sinskeyin yanına aparılır, Sienna isə qaça bilir. Sinskey Robertə izah edir ki, bir həftə əvvəl intihar etmiş Dante vurğunu Zobrist çox savadlı genetika mühəndisi olub, o, insanların sayının plansız artmasının fəlakətlə nəticələnəcəyini düşündüyü üçün, yer kürəsində insan sayının 4 mlrd. ətrafında saxlanmalı olduğunu düşünürdü və bu səbəbdən də insanların sayının kəskin şəkildə azaldılması üçün virus hazırlamışdı. Sinskey bildirir ki, Zobristin qoyduğu müsajın sirrinin açılması üçün məhz o, Lenqdonu özü ilə Florensiyaya gətirmişdi, lakin İqnazio Busoni ilə görüşdən sonra Lenqdon özünü qəribə aparmış və buna görə də təhlükəsizlik xidməti əməkdaşları onları ələ keçirməyə çalışmışlar. 180px|thumbnail|left|Florensiya vəftizxanasının "Cənnət qapıları" Zobrist müştərisi olduğu "Konsorsium" adlı gizli təşkilata müraciət edərək özü ilə gətirdiyi silindri qeyd etddiyi tarixə kimi saxlamağı xahiş edir. Həmçinin silindrlə birlikdə bir video yazı da verir ki, həmin gün həmin videonun da bütün dünya mediasında yayımlanmasını planlaşdırır. Videoda qaranlıq bir yer görünür, Zobrist danışır, görüntü yavaş-yavaş suyun altına enir və Zobristin yerləşdirdiyi "Burda və bu tarixdə bəşəriyyətin tarixi dəyişdi" yazılı plakat ekrana gəlir. Sonra orta əsr İtaliyasında vəba həkimlərinin istifadə etdikləri dimdikli maskadan taxmış bir insan görünür, həmin insan maskanı çıxardıqda onun Zobristin özü olması aydınlaşır. Zobrist bütün dünyaya mesaj səsləndirir və kameranı söndürür. 220px|thumbnail|right|Vazari — I Kozimonun ilahiləşdirilməsi 220px|thumbnail|right|Enriki Dandolonun məzarı 220px|thumbnail|right|Bazilika sisterni Elizabet Sinskey silindrin saxlandığı yeri öyrəndikdə onu ələ keçirir, Lenqdonu taparaq silindrdəki sirrin açılmasında kömək etməsini xahiş edir. Bu arada Konsorsium da Lenqdonun köməyindən istifadə etmək istəyir, buna görə də onun bu vaxta kimi yaşadığı bütün səhnələri qurur və nəticədə özünün də xəbəri olmadan Lenqdonun onlara işləməsini təmin edir. Robertə bildirilir ki, xüsusi dərman vasitəsiylə Lenqdonun son günlərdəki yaddaşı silinib və onun təhlükədə olması hissi yaradılıb. Əslində Sienna, Ferris və Vayenta Konsorsiumun işçiləri imiş. Lenqdon Zobristin mesajındakı "qızılı museum" ifadəsinə və Venesiya doju Enriko Dandolonun məzarının yerinə görə müəyyən edir ki, Lenqdon virusu İstanbuldakı Aya Sofiya kilsəsinin altında yerləşdirmişdir.
Robert Lenqdona həm də o bildirilir ki, Konsorsiumun keçmiş işçisi olan Sienna sən demə həm də Zobristin sevgilisi və transhumanizm fəlsəfəsinin tərəfdarı olub. Buna görə əslində hadisələrə heç bir aidiyyatı yox imiş kimi görünən Siennanın məqsədi virusu Ümumdünya Səhiyyə Təşkilatından əvvəl tapmaq və yayılmasını təmin etməkdir. Lenqdon Sinskey ilə birgə ÜST-nın təyyarəsi ilə İstanbula gəlir. Aya Sofiya kilsəsinə gəlib Dandolonun məzarında damcılayan suyun səsini dinləyən (Zobristin mesajına əsasən) Lenqdon əslində virusun gizlədildiyi yerin Aya Sofiya yox, kilsənin yaxınlığında yerin altında yerləşən Bazilika sisterni olduğunu anlayır. Virus sisterndəki suda, əriyən plastik paketin içində yerləşdirilmişdi. Həmin müddətdə də naməlum sponsorun dəstəyi ilə sisterndə bir həftəlik Frans Listin "Dante simfoniyası" konserti verilirmiş. Beləcə, bir həftə ərzində sisternə pulsuz konserti dinləməyə gələn minlərlə turist və yerli sakinin virusa yoluxması təmin ediləcəkdi. ÜST işçiləri, Lenqdon və Konsorsium rəhbərliyi birlikdə əhalini həyacanlandırmadan virusu axtarırlar, lakin məlum olur ki, artıq paket yırtılıb və virus yayılıb. ÜST əməkdaşları virusun yayılma arealının çox geniş olduğunu müəyyən edirlər. Bu zaman Sienna sisterndən çıxaraq qaçmağa çalışır. Lenqdon onu görür və tutmağa çalışır.
Qalata körpüsü yaxınlığında Sienna qayıq oğurlayır, qaçmaq şansı olsa da, fikrini dəyişərək geri qayıdır və Lenqdonla danışmağa başlayır. Zobristləsevgili olduqlarını, lakin bir il əvvəl böyük alimin onu tərk edərək yoxa çıxdığını (həmin vaxtda Konsorsium alimi gizlədirmiş), ölümündən əvvəl Siennaya yazdığı məktubda Zobrist vektor virus yaratdığını və bu virusun planetdəki əhalinin 1/3-ni məhv edəcəyini bildirir. Bundan sonra Sienna hər nə yolla olur olsun, virusun heç kimin əlinə keçmədən tapılıb məhv edilməsini qarşısına məqsəd qoyur. Sienna ÜST-na və ya digər beynəlxalq qurumlara da etibar etmir. Çünki, Zobristin yaratdığı virusdan bioloji silah kimi istifadə olunmasından qorxur. Sienna bildirir ki, Zobristin yaratdığı virus insanlarda heç bir xəstəlik yaratmır və insanları öldürmür. Sadəcə bütün insanlara təsir edərək onların genini dəyişir və törəmək qabiliyyətinim əhdudlaşdırır, lakin bununla belə, virus bütün insanların orqanizmində aktivləşmir. Sienna bu məlumatları verdikdən sonra getməyə çalışsa da, Lenqdon onu saxlayaraq buraxmır, əvvəl-axır kiməsə etibar etməli olduğunu və kömək etmək istədiyini bildirir. Daha sonra Lenqdon Sinskieyilə danışır və Siennanı ona təqdim edir. SinskieySiennaya qulaq asır və problemin həll edilməsində kömək edə biləcəyini başa düşür. Onlar ÜST-nıi xüsusi toplantısında iştirak etmək üçün Cenevrəyə uçurlar, Lenqdon isə Florensiyaya qayıdır və Dantenin ölüm maskasını Palaçço Vekko muzeyinə qaytarır.
Obrazlar Robert Lenqdon – Harvard Universitetinin simvologiya üzrə professoru. Bertrand Zobrist – dahi transhumanist elm xadimi və Dantenin "İlahi Komediya"sının "Cəhənnəm"inin vurğunu olan divanə. O, virus yaymaqla dünyanın əhali artımı problemini həll etməyə çalışır. Sienna Bruks – həkim və Zobristin keçmiş sevgilisi. O həm də Konsorsiumun işçisi olub. O, Lenqdona Zobristin yaratdığı virusu tapmağa kömək edir, lakin Zobristin düşüncələrinə olan sadiqliyi onu işi öz planı üzrə etməyə yönləndirir. Zobristin son məktubunu oxuduqdan sonra hazırlanmış yeni virusun bəşəriyyət üçün dəhşətli nəticələrə gətirib çıxara biləcəyinə inanan Sienna özü virusu tapıb məhv etmək istəyir. Elizabet Sinskey – Ümumdünya Səhiyyə Təşkilatının rəhbəridir, professor Lenqdonu Zobristin virusunu tapmağa o cəlb edir. Rəis – Konsorsium adlı gizli təşkilatın rəhbəri. O, müştərisi olan Zobristin bütün istəklərini yerinə yetirməyə çalşır, lakin alimin ölümündən əvvəl yazdığı video müraciəti gördükdən sonra ÜST ilə əlaqə yaradaraq virusun zərərsizləşdirilməsinə kömək etməyə çalşır. Hadisələrin sonunda qaçmağa çalışsa da, həbs edilir. Vayenta – Konsorsiumun agentlərindən biridir. Florensiyada Lenqdonu izləməklə vəzifələndirilir. Palaçço Vekkoda tavandan yıxılaraq ölür və yıxılması zamanı sarayın Beşyüzlər zalının tavanında Vazari tərəfindən çəkilmiş "I Kozimonun ilahiləşdirilməsi" əsərini parçalayır.