thumbnail|right|Soldan: Bəxtiyar Vahabzadə, Şahmar Əkbərzadə , Əhməd Şmide və Ağəddin Mənsurzadə
Şahmar Əkbər oğlu Əkbərzadə () — şair, publisist, jurnalist.
Həyatı Şahmar Əkbər oğlu Əkbərzadə 1941-ci il 28 dekabrda Ağdam rayonunun Çəmənli kəndində ziyalı ailəsində anadan olmuşdur.
1958-ci ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra həmin il Şuşa Pedaqoji Texnikumuna daxil olub və 1960-cı ildə texnikumu bitirmişdir. Elə həmin il M.F.Axundov adına Dillər İnstitutunun Rus dili və ədəbiyyatı şöbəsinə daxil olmuş, 1960-cı ildə Rus dili müəllimi ixtisasını bitirmişdir.
Bir neçə il Çəmənli kənd orta məktəbində müəllim işləmiş, 1968-ci ildə Bakı şəhərinə köçüb "Azərbaycan gəncləri" qəzetində jurnalist kimi fəaliyyətə başlamışdır. Sonralar həmin qəzetdə şöbə müdiri vəzifəsində çalışmışdır. "Kommunist" qəzetində müxbir və şöbə müdiri olmuşdur.
1990-cı ildə "Mədəniyyət" qəzetini təsis etmiş və ömrünün sonunadək qəzetin baş redaktoru olmuşdur.
Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində vəfat etmişdir.
10 fevral 2014-cü ildə adını daşıyan "Şahmar Ədəbi Məclisi" (ŞƏM) təsis olunmuşdur. Ölümündən sonra "Xarı Bülbül Nəğmələri" kitabı çap olundu.
Şeirləri
Kitabları Mil üzümçüləri. Bakı: Azərb. SSR Kənd Təsərrüfatı Nazirliyi Kənd Təsərrüfatı Elmi və Təbliğatı Baş İdarəsi, 1973; Anama layla. Bakı: Gənclik, 1978; Sevgi borc verilməz. Bakı: Yazıçı, 1982; Ona yanıram ki. Bakı Yazıçı, 1988; Haqqa pəncərə. Bakı: Dünya, 1998; Sev məni. Bakı: Azərbaycan, 2000.
Haqqında yazılmış monoqrafiya
Fidan Abdurəhmanova. İstiqlal arzusu ilə yaşayan şair. Bakı: "Elm və təhsil" nəşriyyatı, 2022, 128 səh.
Filmoqrafiya Qaragülün nağılı (film, 2007)
İstinadlar
Mənbə Siyavuş Əmirli, "Şahmar Əkbərzadə anıldı", "Laçın yurdu" jurnalı, №1 (12), Bakı, "Bəxtiyar-4" nəşriyyatı, 2014. səh.30-32. Orxan Zakiroğlu (Baharlı). Çəmənli oymağı və Hatəmxan ağa nəsli. I kitab. Bakı, 2016 "Azərbaycan" qəzeti,28 Dekabr 2021,Vaqif YUSİFLİ Aqil ABBAS,"Ədalət" qəzeti.10 aprel 2010.səh.1-3
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər