Qayıqda üç kişi (iti saymasaq) () — ingilis yazıçısı Cerom K. Ceromun 1889-cu ildə nəşr olunmuş, Temza çayında Kinqston və Oksford arasında qayıq gəzintisindən bəhs edən yumoristik hekayəsi.
Yazılma tarixçəsi Cerom Klapka Cerom 21 iyun 1888-ci ildə subaylığın daşını ataraq, ərindən 9 gün olar boşanmış, Ceorcina Ellizabet Henrietta Maris ilə evlənir. Balayını Temza çayı boyu səyahətdə keçırən Cerom növbəti əsəri, "Qayıqda üç kişi (iti saymasaq)" yumoristik romanın üçün materiallar toplamış olur. Balayı səyahətindən qayıdan Cerom sərgüzəştlərinin təsiri altında "Qayıqda üç kişi (iti saymasaq)" romanını yazmağa başlayırJoseph Connolly. Jerome K. Jerome, səh. 183. Personajların prototipləri Cerom K. Ceromun dostları Corc Uinqrey () və Karl Henşel () olurlar. Novellada Temza çayı və ətrafında baş verən hadisələr, dostların düşdükləri komik vəziyyətlər təsvir edilir. Kitab 1889-cu ildə çap olunduqdan sonra gurultulu uğur qazanmış olur. Bu günümüzə qədər əsər dönə-dönə çap olunmaqdadır. Kitabdan sonra Temza çayı boyu səyahət üçün qayıqların sayı kəskin artmış olur. Bu qayıq gəzintiləri turistlərin sevimli məşquliyyətinə çevrilmiş olur. İlk 20 il əryində kitabın millyondan artıq nüsxəsi çap olunur və satılır. Bundan başqa əsər çoxlu sayda tamaşaya qoyulur. Onun əsasında filmlər çəkilir. Beləki alman rejisoru Helmut Vayss 1961-ci ildə, sovet rejisoru Naum Birman 1979-cu ildə eyniadlı film çəkmişdirlər. thumb|450px|Qayıqda üç kişi — səyahətin xəritəsi
Süjeti Roman qəhrəmanların təqdimi ilə başlayır. Romanda tipik yumoristik səhnələr cəmləşmişdir. Cey hekayəni nəql edən personaj Ceromun elə özüdür. Digər qəhrəmanlar isə onun dostları Corca, Harris və Manmoranis adlı köpəkdir. Dostlar Ceyin qonağıdırlar. Onlar əziyyət çəkdikləri xəstəlikləri haqqında söhbət eirlər və qərara gəlirlər ki, onalara təcili istirahət gərəkdir. Nəticə etibarılə onlar şənbə günü Temza çayı boyu qayıq səyahətinə çıxmağı qərara alırlar. Corc həmin günü işdə olmalıdır. (Corc şənbə günündən başqa hər gün saat ondan dördə dək bank üzərində yatarmış və hər şənbə saat ikidə onu oyadırlarmış.) Cey və Harris özləri Kinqstona qədə qatarla yetişməlidirlər, lakin Vaterloo dayanacağında onlar müvafiq qatar tapa bilmirlər. Onlar maşinistə rüşvət verərək qatarı Kinqstona sürdürürlər. Orada onları kirayə qayıq gözləyir. Corc onlara sonra, Beybricdə qoşulur. Yerdə qalan əhvəlatlar isə onların birgə səyahəti zamanı baş verir. Kityabda səyahət boyu baş çəkilən görməli yerlər Corcun dilindən elə dəqiq təsvir edilir ki, sanki bu bir bələdçi kitabıdır. Dorçestr — sükunətin, sakitliyin qucağında uyuyan gözəl qədimi bir yerdir. <…> Dorçestr qədimdə şəhər olmuş və Kaer Doren — "suda şəhər" adlanmışdır. Sonradan romalılar orada böyük düşərgə salmışlar; onu əhatə edən istehkam indi alçaq və düzən təpəciklərə bənzəyir. Saksonların zamanında o, Uesseksin paytaxtı olmuşdur. Şəhər çox qədimdir, nə vaxtsa o, güclü və böyük olmuşdur. Amma indi o, səs-küylü həyatdan kənarda qalaraq, yuxuya dalır. — "Qayıqda üç kişi", XVIII Fəsil
Ekranlaşdırılması 1920, (). 1933, (). 1956, (). 1961, :de:Drei Mann in einem Boot (1961) 1975, (TV). 1979, :ru:Трое в лодке, не считая собаки (фильм) 2006, (serial) (Three Men in a Boat).
Sitatlar "Mən işi sevirəm: məni məftun edir. Saatlarca oturub ona baxıram" — "Qayıqda üç kişi", XV Fəsil "Hər bir insan istəmədiyi şeyə malikdir, istədiyi şey isə başqalarının malik olduğudur" — "Qayıqda üç kişi " Harris elə bir həvəslə işin ağırlığını öz üzərinə götürərək onu başqasının çiyininə qoyur. — "Qayıqda üç kişi", III Fəsil Mən iş görərkən, bekar oturub heç nə etməyən insanlar qədər məni qıcıqlandıran heç nə yoxdur. — "Qayıqda üç kişi ", IV Fəsil Mən özüm almanca anlamıram. Bu dili mən məktəbdə öyrənmişəm, amma sonuncu sözünə qədər məktəbi bitirdikdə unudmuşam və o vaxtdan özümü daha yaxşı hiss edirəm — "Qayıqda üç kişi", VIII Fəsil
Xarici keçidlər Kitabın skan olunmuş mətni İnternet arxivində. Üç nəşr var. Kitabın mətni Qutenberq layihəsində. 8-dən çox formatda. Kitabın audioversiyası.
İstinadlar
Mənbə A. Moss: J. K. J.: His Life and Works. London 1929. M. A. Wolfensberger: J. K. J. Sein literarisches Werk. Zürich 1953.
Kateqoriya:Cerom Klapka Ceromun əsərləri Kateqoriya:1889-cu ildə yarananlar Kateqoriya:London haqqında romanlar Kateqoriya:Filmlərə adaptasiya olunmuş Böyük Britaniya romanları Kateqoriya:Teatra adaptasiya olunmuş Böyük Britaniya romanları