Ceyms Stirlinq () — şotland memar. XX əsr memarlığına böyük təsir göstərmişdir.

Həyatı İkinci Dünya müharibəsi boyunca əsgərlik edən Sterlinq 1945–1950-ci illəri arasında Liverpul Univesitetində memarlıq təhsili gördü. O, burada karyerasına böyük təsir göstərən Kolin Rouv ilə tanış oldu.

Bir müddət universitetdə fəaliyyətini davam etdirən Sterlinq 1956-cı ildə Ceyms Qovan ilə birlikdə öz memarlıq ofisini açdı. Bu dövrdə inşa etdirdiyi ən əhəmiyyətli işi Lester Universitetinin Mühəndislik Fakültəsi olmuşdur. Həmin dövrün digər işləri arasında Kembric Univesitetinin Tarixi Fakültə Kitabxanası və Oksfor Universitetinin Kven Kolleci olmuşdur.

1963-cü ildə Sterlinq Ceyms Qovanla əməkdaşlığını bitirdi və şəxsi ofisini açdı. Daha sonra partneri olacaq Maykl Uilfordu da köməkçi kimi işə aldı. Həmin dövrdə ən məşhur işi Olivetti Mərkəzi idi.

Ceyms Sterlinq 1981-ci ildə Pritsker mükafatını qazanmış, 1992-ci ildə ölümündən az müddət qabaq cəngavər tituluna layiq görülmüşdür.

Tanınmış işləri 1959–1963 Lester Universiteti Mühəndislik Fakültəsi, İngiltərə, Böyük Britaniya 1964–1967 Siili Tarix Kitabxanası, Kembric Universiteti (Ceyms Qovan ilə), İngiltərə, Böyük Britaniya. 1964–1968 Sent-Andryus Universiteti evləri, Ştutqart, Almaniya (Ceyms Qovan ilə) 1966–1971 Kven Kolleci, Oksford (Ceyms Qovan ilə) 1971 Olivetti Mərkəzi, Surrey (Ceyms Qovan ilə), İngiltərə, Böyük Britaniya 1980–1987 Tate Britaya London, İngiltərə, Böyük Britaniya 1984 Tate Liverpul, Liverpul, İngiltərə, Böyük Britaniya 1986 1 No’lu Kümes, London, İngiltərə, Böyük Britaniya 1988 Kanari Uharf Yaşayış Binalrı, London, İngiltərə, Böyük Britaniya 1989 Fransa kitabxanası, Paris, Fransa 1991 Kyoto Mərkəzi, Kyoto, Yaponiya 1988 Disney Filarmoniya Orkestri Salonu, Los-Anceles, Kaliforniya, ABŞ

Qalereya

İstinadlar

Kateqoriya:Şotlandiya memarları Kateqoriya:Londonda vəfat edənlər Kateqoriya:Qlazqoda doğulanlar Kateqoriya:Pritsker mükafatı laureatları Kateqoriya:Yel Universitetinin müəllimləri Kateqoriya:Cəngavər bakalavrları