Gülşad Ağaqulu qızı Quliyeva — Hap ki Do döyüş növü üzrə ikiqat dünya çempionu.

Həyatı Gülşad Ağaqulu qızı Quliyeva 15 iyul 1979-cu ildə Ucar rayonunda anadan olub. 1986-1994-cü illərdə Ucar şəhər 2№li məktəbində təhsil alıb. 1994-1998- ci illərdə Gəncə Dövlət Humanitar kollecində rəsm və rəsmxət fakultəsində təhsil alıb və 2 il Gəncə Peşə lisseyində müəllim işləyibdir. 1999-cu ildən peşəkar idmanla məşğuldur. 15 ilə yaxın Taekvondo idman növü ilə məşğuldur. 1-ci dan qara kəmər usdasıdı. 3 qat respublika cempionu və 15 il ərzində hər il mükafatcı olubdur. 2011 -ci ildə Azərbaycanda keçirilən beynəlxalq yarışda "Azərbaycan Open"də 3-cü yerə layiq görülüb. 2012-ci ildə Azərbaycan Hap ki Do Federasiyasının adından Süleyman Məmmədli və Müşfiq Hüseynovun rəhbərliyi ilə kikboxinq üzrə yarıshlara qatılır. Amerika Birləşmiz Ştatlarının (ABŞ) Orlando şəhərində Çin döyüş sənəti üzrə dünya çempionatı keçirilib. Gülşad Quliyeva sərbəst döyüşlərdə qadınlar arasında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Respublika ve beynəlxalq turnirlər qalibidir. Kikboxinq ve Çin döyüş növləri üzrə 2 qat dünya cempionudu. Ümumilikdə 22 diplom və medalları var, onların 11-i cempionluqdur.

Ailəlidi, 1 oğlu var.

Taekvondo döyüş növü üzrə qazandığı uğurlar Taekvondo Don üzrə Azərbaycan çempionatı 73 kq çəkidə II yer-2002 Taekvondo Don üzrə regional çempionat 59 kq çəkidə II yer- 2003 Azərbaycan Respublikasının XIII çempionatı 55 kq çəkidə III yer-2003 Azərbaycan Respublikasının XIV çempionatı 63 kq çəkidə I yer-2004 I Dan qara kəməri uğrunda yarış - I Dan qara kəməri-2004 XV Azərbaycan çempionatı, 63 kq çəkidə III yer - 2005 XVI Azərbaycan çempionatı, 67 kq çəkidə III yer - 2006 XVII Azərbaycan çempionatı, 63 kq çəkidə I yer- 2007 XX Azərbaycan çempionatı, 67 kq çəkidə III yer- 2010 "Gənclər günü" nə həsr edilmiş yarış, 63 kq çəkidə I yer- 2011 XXI Azərbaycan çempionatı, 67 kq çəkidə III yer- 2011 WTFG-1 international taekwando shampionship "Azerbayijab Open", 73 kq çəkidə III yer -2011

Hap ki Do döyüş növü üzrə qazandığı uğurlar "İcmac" Word Championship "Continuus Sparring" I yer -2014 "İSDO" chanpionships "Kickboxing" Ful Contact, Dünya çempionatı I yer- Yunanıstan 2014 Kunqfu Sandra üzrə Bakı çenpionatı I yer -9 mart 2014 Heydər Əliyevin 90 illiyinə həsr edilmiş "Fre Fig hting" döyüş növləri üzrə açıq festival I yer- 18 may 2013 Georgian thaiboxing Kikcboxing İnternational Tourunament- "Tbilisi Cup" Beynəlxalq turnir I yer -2013 Gürcüstanda keçirilən Beynəlxalq Kikcboxing çempionatı, "K-1" döyüş növü üzrə yarış, I yer 2013 "Free Fichting" döyüş növü üzrə Respublika turniri, I yer -2014 Usu-Sanda üzrə Azərbaycan Çempionatı II yer-2014 26 fevral Xocalı faciəsinə həsr edilmiş "Kikboksing" üzrə klublar arası turnir I yer-2014

Xarici keçidlər 2 qat dünya çempionu Gülşad Quliyeva

Kateqoriya:Ucar rayonunda doğulanlar