Qoçbəyli (əvvəlki adı: Qoçbek) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Qoçbek kəndi Qoçbəyli kəndi adlandırılmışdır. 1992-ci ildən 9 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Qoçbəyli kəndi 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Toponimikası Qoçbəyli kəndinin qədim adı Qoçbek olmuşdur. Qoçbek yaşayış məntəqəsinin əsasını qoymuş şəxsin adıdır. 1992-ci ildən Qoçbəyli adlandırılmışdır. Oykonim Qoçbəy (şəxs adı) və -li (mənsubiyyət bildirir) şəkilçisindən düzəlib, "Qoçbəyə məxsus kənd" mənasındadır.
Tarixi
Tarixi abidələri Qoçbəyli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi4336Məbəd XIX əsrQoçbəyli kəndiMemarlıqYerli
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar1999XXXXXXXXXXXX2009↗XXXX↗XXXX↗XXXX
İstinadlar
Həmçinin bax
Kateqoriya:Xocavənd rayonunun kəndləri Kateqoriya:Hadrut qəsəbə inzibati ərazi dairəsindəki yaşayış məntəqələri