Hacıyevin villası — Mərdəkanda yerləşən, əvvəllər Hacıyevə məxsus olmuş villa.
Tarixi
Memarlıq xüsusiyyətləri
Planlaşdırılması Villa ərazisinin ensiz xətti onun üçün fərqli bir planlaşdırma tələb etmişdir. Neoroman memarlığının modern çalarlı əsas kompozisiya xəttində yerləşən ikimərtəbəli binası effektiv qala və damlarla villanın ərazisini eyni olmayan hissələrə bölürШ. С. Фатуллаев, "Градостроительство Баку XIХ – начала ХХ веков", Ленингра́д, "Стройиздат", 1978. ст.185.
Villanın əsas ərazisi planlaşdırma quruluşunun istiqamətləndiyi şimala dəniz sahillərinə baxır. Mərkəzi çox da böyük olmayan xiyaban 40 metr uzunluqda və 2,5 metr hündürlükdə olan və əhəngdaşından yonulmuş lövhələrlə döşənmiş düzbucaqlı hovuzu hər iki tərəfədən əhatə edir. Hovuzun divarı çox genişdir, onu istirahət üçün veranda kimi istifadə etmək olar. Villanın cənub hissəsi sadə qurulub.
Bu villa planlaşdırma qərarına görə qurulub, lakin geniş ərazisi ilə digər villalardan memarlıq xüsusiyyətlərinə görə cəlbedicidir.
Həmçinin bax Hacı Zeynalabdin Tağıyevin villası
İstinadlar
Kateqoriya:Azərbaycan villaları Kateqoriya:Azərbaycan memarlığı Kateqoriya:Bakının görməli yerləri Kateqoriya:Bakının tarixi evləri Kateqoriya:Azərbaycanın tarixi evləri