Ağalar İsrəfil oğlu Vəliyev () — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırışDördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il 29 noyabr tarixli iclasın stenoqramı. meclis.gov.az deputatı.
Həyatı Ağalar Vəliyev 1957-ci il iyulun 23-də Yevlax şəhərində anadan olmuşdur. Əslən Qarakilsə rayonundandır. 1976-cı ildə Mingəçevir Politexnik Texnikumunu, 1989-cu ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. İxtisasca inşaat mühəndisidir.
Əmək fəaliyyətinə 1976-cı ildə Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Yevlax dəmir beton məmulatları zavodunda fəhləlikdən başlamışdır. Həmin zavodda laboratoriya mühəndisi, şöbə rəisi, baş mühəndis və direktor, 1986-cı ildən Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Dəmir Beton zavodunun direktoru, 1991-ci ildən Körpü tikinti kombinatının baş direktoru, 1993-cü ildən isə 2 saylı "Yoltəmirtikinti" trestinin rəisi, 1996–1998-ci illərdə isə "Azəraqrartikinti" Dövlət Şirkətinin prezidenti vəzifələrində çalışmışdır.
"Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ildə "Əməkdar mühəndisi" fəxri adına layiq görülmüş, 2012-ci ildə isə "Şöhrət" ordeni ilə, 2017-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Qərbi Azərbaycan İcmasının Qarakilsə Rayon İcmasınının İdarə Heyətinin fəxri üzvüdür.
2024-cü il oktyabrın 8-də Azərbaycan — Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
Ailəlidir, bir oğlu var.
İstinadlar
Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları