Cəfərov Aslan Məmmədhüseyn oğlu () — Azərbaycan Respublikası Milli Məclisinin IV çağırışDördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il 29 noyabr tarixli iclasın stenoqramı. meclis.gov.az deputatı.
Həyatı Aslan Cəfərov 1973-cü il iyulun 23-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin İstehsalın iqtisadiyyatı və idarə edilməsi fakültəsini bitirmişdir. İqtisadiyyat üzrə fəlsəfə doktorudur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Evlidir, 4 övladı var.
Fəaliyyəti Aslan Cəfərov 1992–1995-ci illərdə "Areal" Məhdud Məsuliyyətli Cəmiyyətinin vitse- prezidenti işləmişdir. 1995-ci ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Katibliyində və İşlər İdarəsində mütəxəssis, 1998-ci ildən Azərbaycan Respublikası Ticarət Nazirliyinin Xarici departamentində aparıcı mütəxəssis, Ticarət, məişət və digər növ xidmət sahələrində qaydalara nəzarət üzrə dövlət müfəttişliyinin baş mütəxəssisi, şöbə müdiri, 2002-ci ildən İqtisadi İnkişaf Nazirliyinin Ekspertiza Mərkəzi direktorunun müavini, 2007-ci ildən İqtisadi İnkişaf Nazirliyi yanında İstehsal Bazarına Nəzarət üzrə Dövlət Xidməti rəisinin müavini vəzifələrində çalışmışdır. 2008–2010-cu illərdə "Diplomat-1" firmasının kommersiya direktoru olmuşdur.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür. Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Rusiya, Türkiyə, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
İstinadlar
Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları