İzzəddin Həsənoğlu (, ) — XIII–XIV əsrlərdəH. Javadi and K. Burrill. AZERBAIJAN x. Azeri Turkish Literature :"It was in the 13th and 14th centuries that a stylized poetry began to develop, partly due to Eastern Turkic traditions brought from Khorasan during the Mongol occupation. An early example is a couple of verses of Turkish and Persian poetry attributed to the late-13th-century minor poet Sheikh ʿEzz-al-Din Esfarāʾini, known as Ḥasanoḡlu or Pur-e Ḥasan (cf. Heyʾat, 1979, p. 26)." yaşayıb, yaratmış, azərbaycanca və farsca şeirlər yazmış sufi şair.A. Caferoglu, "Adhari (azeri)", in Encyclopedia of Islam, (new edition), Vol. 1, (Leiden, 1986).
Həsənoğlunun həyat və yaradıcılığı haqqında ilk məlumat XV əsrdə yaşamış təzkirəçi Dövlətşah Səmərqəndinin 1487-ci ildə tərtib etdiyi "Təzkirətüş-şüəra" əsərindən aşkar edilmişdir.Даулет-шах Алайе Самарканди, Тезкерет-ош-шаорае, Тегеран, 1337 с. г. х. (1958).Mustafa Zərir, "Yusif və Züleyxa", Bakı, 1991, səh. 157–158
Hǝsǝnoğlu haqqında ilk məlumatı 1921-ci ildǝ "Dǝrgah" mǝcmuǝsinin 1-ci nömrǝsindǝ "Ən ǝski türk-azǝri şairi Hǝsǝnoğlu" vǝ 1925-ci ildǝ "Darülfünun ǝdǝbiyyat fakültǝsi mǝcmuǝsinin IV/I" nömrǝsindǝ "Azǝri ǝdǝbiyyatına aid notlar: Hǝsǝnoğlu vǝ Hǝbibi" adlı mǝqalǝlǝri ilǝ türkiyǝli alim Fuad Köprülü vermişdir.
Həsənoğlunun "Kitabi-sirətün-Nəbi" adlı 367 vərəqlik əlyazması Finlandiyadan tapılmışdır. Seyfəddin Altaylı 2009-cu ildən başlayaraq bu əsər üzərində işləyərək 2023-cü ildə Türkiyədə çap etdirib.
İzzəddin Həsənoğlu Azərbaycan dilli poeziyanın bilinən ilk nümayəndəsi hesab edilir.
Həyatı İzzəddin Həsənoğlunun həyatı haqqında orta əsr qaynaqlarında kifayət qədər məlumat yoxdur. Onu müasir elmi ədəbi-ictimaiyyətə ilk dəfə tanıdan və haqqında məlumat verən türk alimi M. F. Köprülü olmuşdur. Köprülünün "Azəri Ədəbiyyatına dair notlar: Həsənoğlu-Həbib" adlı məqaləsində verdiyi məlumata görə, Əsfərayin türklərindən olan şair Şeyx Rədiyüddin Əli Lələ xilafətindən Şeyx Cəmaləddin Əhməd Zakirin şagirdidir. Buna əsasən İzzəddin Həsənoğlunun XIII əsrin birinci yarısında yaşamış olduğu ehtimal edilir. XIV əsrin tatar-qıpçaq şairi Seyfi Sarayi (1321–1396) Şeyx İzzəddinin "Apardı könlümü…" qəzəlinə nəzirə yazmış, həm həmin qəzəl, həm də nəzirə S. Sarayinin S. Şirazinin "Gülüstan" əsərini türkcəyə etdiyi tərcüməyə əlavə olunmuşdur. Bu, о deməkdir ki, Həsənoğlu ya S. Sarayi ilə cağdaş idi, ya da ondan əvvəl yaşamışdı. Beləki, türk alimlərindən M. F. Köprülü, I. Hikmət, N. S. Banarlı və başqaları da şairin XIII yüzilliyin sonu və XIV yüzilliyin əvvəllərində yaşadığını qəbul edirlər.
Həsənoğlu barədə orta əsr mənbələrində ilk məlumata XV əsrdə rast gəlinir. Teymuri Şahrux Mirzənin lələsi Əmir Alaüddəvlə-i Əsfərayinin oğlu Dövlətşah Səmərqəndinin 1487-ci ildə tamamladığı "Təzkirətüş-şüəra" əsərində İzzəddin Həsənoğludan bəhs edərkən yazır:
"O, müdrik, müvahhid, fədai və məczub bir şəxs olub, İslam və müsəlmanların şeyxi Raziyü’l Haq və Din Əli ibn Səid Lalənin xəlifələrindən Şeyx Cəmaləddin Əhməd Zakirin şagirdidir. O, divanı həm də Azərbaycanda çox məşhur sufi şairidir…Türkidə Həsənoğlu, farsidə Purhəsən təxəllüsü işlədirdi." 250px|thumb|left|Azərbaycandilli klassik əsəbiyyatın ilk nümunəsi hesab edilən İzzəddin Həsənoğlunun "Apardı könlümü" qəzəlinin 1391-ci ildə Seyfi Sarayı tərəfindən tərtib edilmiş "Kitabi-Gülüstan bil-Türki" adlı antologiyaya daxil olan nüsxəsi. "Or. 1553" kodlu əlyazma hazırda Leyden Universiteti Kitabxanasında saxlanılır.Səmərqəndi Həsənoğlunu " Əsfəraini" nisbəsi il ə xatırladır. Xorasan vilayətindəki Cahan dağının ətəyində, Herdə dağının şimalında yerləşən Əsfərain qədim bir yaşayış məntəqəsidir. Tarixi mənbələr, о cümlədən "Mücmələt-t əvarix vəl-Qisəs", "Lübabül Əbvab", "Tarixi-Cahangüşa", "Qamusüləlam", "Reyhann ətülədəb" və s. kimi mötəbər məxəzlər Əsfəraində bir sıra görkəmli şəxsiyyətlər, elm, ürfan, fəzil ət sahibləri və dövlət adamları yetişdiyini, burada qədimlərdən türklərin və farsların bir yerdə yaşadığını xəbər verirlər.
Doğulduğu və yaşadığı Əsfəraində də vəfat etmiş və elə orada da dəfn edilmişdir. Məzarı bir neçə dəfə dağıdılıb.
Yaradıcılığı Qeyd etdiyimiz kimi İzzəddin Həsənoğlunu Azərbaycan ədəbiyyatı tarixinə ilk daxil edən Fuat Köprülü olduğu məlumdur. Bütün tədqiqatçılar onun iki türk, iki fars şeiri olduğunu qeyd etmişlər. Fuad Körpülü onun üç türkcə şeirini tapıb nəşr etmişdir.
Azərbaycan türkcəsində şeirləri
"Apardı könlümü.." qəzəli
Türk şeirlərində Həsənoğlu, fars dilində şeirlərində isə Pürhəsən təxəlllüsündən istifadə edən şair Azərbaycan ədəbiyyətında ana dilli ilk qəzəl olan "apardı könlümü.." qəzəlinin müəllifidir. M. F. Köprülü tərəfindən Avropa şərqşünası Kramersin yaxından köməkliyi ilə üzə çıxarılan yeddi beytlik qəzəl Seyfi Sarayinin "Gülüstan" tərcüməsinə əlavə edilmişdir. Qəzəlin poetik forması (daxili mükalimə) klassik şərq şeirində daha qədim dövrlərdə işlənmiş "Rəddül-əcəz" formasıdır. Əsl adı "Rəddül-əciləsul-sədr"dir. Yəni əvvəlin inkarı və ya onun izahıdır. Qəzəl əruzun bütöv həzc bəhrində, məfAİlün təfiləsinin 4 dəfə təkrarlanması ilə başa çatdırılıb.
Apardı könlümü bir xoş qəməryüz canfəza dilbər;Nə dilbər, dilbəri-şahid, nə şahid, nə şahidi-sərvər.
"Apardı könlümü" qəzəlində işlənən nə əvəzliyi beytin ikinci misralarında (onların sayı 7-dir) suallıqdan çıxır, misraya heyranlıq, məftunluq məzmunu gətirir. Lirik qəhrəman "canfəza dilbər"in, "qəməryüz"ün gözəlliyi qarşısında dərin hisslər, duyğular içərisindədir. O, bu gözəllik, füsunkarlıq, bənzərsizlik qarşısında vəcdə gəlmişdir.
Mən ölsəm sən, büti-şəngül, sürahi eyləmə qülqül,Nə qülqül? Qülqüli-badə. Nə badə? Badeyi-əhmər.
Sənətkar bu beytdə bir müqayisə – bənzətmə yaradır. Belə ki, gözəlin qaməti sürahiyə bənzədilir. Bu dilbərin boyu da sürahi kimi uca, mütənasib və zərifdir. Boğazı sürahininki kimi incə və xoşagələndir. Sürahinin içərisindəki şərab badəyə süzülərkən onun dar boğazından keçən maye "qül-qül" deyə zərif səs çıxarır. Gözəl də danışarkən onun da boğazından gələn səs lətif və ürəyəyatan "qül-qül" avazını xatırladır. Deməli, gözəlin həm boyu, həm də danışığı sürahi və ondan süzülən şəraba bənzədilir.
İ. Həsənoğlunun haqqında danışdığımız qəzəli lirik-aşiqanə mövzuda yazılmışdır. Lakin son dövrlərdə yazılmış bir sıra əsərlərdə o, sufi şeiri kimi də qiymətləndirilir. Məsələn, "XII-XVI əsrlər Azərbaycan şeirində təsəvvüf" adlı monoqrafik tədqiqatında X. Hümmətova yazır: "Apardı könlümü" adlı qəzəli məna semantikası baxımından şairin sufiyanə görüşlərini əks etdirən bir qəzəldir". Bu qəzəllə bağlı A. Rüstəmova yazır: "Şairin "Apardı könlümü" qəzəli onun istedadlı bir şəxs olub, azəri türkcəsində kamil əsərlər yaratdığına dəlalət edir. İlahi eşqin simvollarla əyaniləşdirilməsi kimi, dildən uzun əsrlər ərzində formalaşa biləcək ifadə imkanı tələb edən mürəkkəb bir formada mükəmməl qəzəl nümunəsi olan Həsənoğlunun bu şeiri qəzəl janrının tələbləri baxımından kamildir".
Qəzəldə işlənən "dilbər", "Dilbəri şahid", "şahidi sərvər", "büt", sürahi, "badə" və s. söz-simvollardan istifadə edilməsi klakssik şeirimizə xas olan xüsusiyyətlərdir. Həmçinin, "sevgili", "sultan", "məhbub", "şərab", "ağız", (dəhan) "qönçeyi-xəndan" və s. kimi söz və ifadələr də bədii təsvir vasitələridir".
Qəzəldə Ərəb-fars söz və ifadələri Azərbaycan dilinin sintaktik sisteminə və cümlə quruluşuna məharətlə uyuşdurulmuşdur. "Apardı könlümü…", "başımdan getm ədi", "canım içində yazıldı" və s. kimi ifadələr sadə və canlı xalq dilindən xəbər verir. Həsə noğludan s onra istər türk və istərsə də fars dilində "Apardı könlümü…" qəzəlinə çoxlu sayda nəzirələr yazılmışdır. Türk dilində bənzətmə yazanlardan Seyfi Sarayini, XV əsrin Anadolu şairi Əhməd Daini, Azərbaycan sənətkarlarından Möhnəti Bakuini (XIVəsr), Şəkili Nəbini (XVIII əsr), Şirvanlı Salehi (XVIII əsr), Əbdülxalıq Cənnətini (1855–1931) və s., farsca nəzirə qələmə alanlardan isə "Ima" təxəllüslü bir şairi, Tüfeylini (XV–XVI əsrlər), XVII yüzillikdə Hindistanda ömür sürmüş Bidili və b. göstərmək olar.
"Bənim" rədifli qəzəli İzzəddin Həsənoğlunun bizə məlum olan türkcə ikinci qəzəli isə "Necəsən, gəl ey yüzü ağum bənüm" misrası ilə başlayan qəzəlidir. Həmin şeiri alman şərqşünası, Hamburq Universitetinin professoru Barbara Flemminq aşkara çıxarmış, 27–29 sentyabr 1972-ci il tarixlərdə Türkiyədə keçirilmiş I Türk Dili Bilimsəl Qurultayında etdiyi "Sultan Qavri divanında naməlum şeirlər" adlı məruzəsində bu barədə elmi ictimaiyyətə məlumat vermişdir. Daha sonra Azərbaycan alimi Fərhad Zeynalov alman şərqşünası B. Flemminqin aşkarladığı qəzəl barədə Bakıda çıxan "Ədəbiyyat və incəsənət" qəzetinin 25 noyabr 1972-ci il tarixli sayında dərc olunmuş "Həsənoğlunun azərbaycanca yeni şeiri" adlı yığcam məqaləsində məlumat vermiş, şeirin mətnini də oxuculara çatdırmışdır.
"Necəsən, gəl, ey yüzü ağum bənüm?Sən əritdün odlara yağum bənüm."
Bu şeirdə Apardı könlümü qəzəli kimi məhəbbəd mövzusundadır. İlk beytdə qəhrəman sevgilisinə xitab edir, onun gəlişini arzulayır, bildirir ki, nigarın eşqinin ucbatından aşiqin bədəninin yağı odlarda ərimişdir. "And içərəm səndən artuq sevməyəm,
Sənün ilə xoş keçər çağum bənüm."
Bu beytdə qəhrəman sevgilisinə öz sədaqətini vurğulayır, onunla keçən günləri xoş sayır.
"Hüsn içində sana manənd olmaya,Əsli yuca, gönlü alçağum bənüm."
Üçüncü beytdə aşiq sevgilisinin tərənnümünə yer vermişdir. Onun gözəlliyi ilə yanaşı mənəvi keyfiyyətlərini mədh edir.
"Al əlimi irəyim məqsuduma,Qoma yürəkdə yana dağum bənüm"
Bu beytdə aşiq çəkdiyi hicrandan danışır, vüsal arzusunu ifadə edir.
"Sən rəqibə sirrini faş eylədün,Anun ilə oldu şiltağum bənim."
5-ci beytdə aşiqin giley-güzarı görünür.
"Qışladum qapunda itlərün ilə,Оldu kuyin uşda yaylağum bənüm."
6-cı beytdə aşiq sevgilinin yaşadığı yerin önündə daimi məskən salmışdır, qışı onun qapısında itlərlə qışlayır, yayda isə yar yaşayan küçəni özünə yaylaq edir.
"Bən ölücək yolına gömün bəni,
Baxa dursun yara toprağum bənüm
Toprağumdan bitə həsrətlə ağac,
Qıla zari cümlə yaprağum bənüm."
7–8-ci beytlərdə aşiq hətta dünyasını dəyişəndən sonra da bu eşqə sadiqliyinin, nigara hüdudsuz məhəbbətinin bilinməsini istəyir.
"Bu Həsənoğlu sənin bəndəndürür,Anı rədd etmə, yüzi ağum bənüm."
Sonuncu beytdə İzzəddin Həsənoğlu özündən bəhs edərək özünü onun bəndəsi sayır və eşqinə cavab gözlədiyini bildirir.
İ. Həsənoğlunun "Apardı könlümü…" şeiri ilə müqayisədə "Necəsən, gəl…" qəzəlinin dili daha sadədir. Bunun bir səbəbi ilk qəzəldə subyekt-atribut münasibətlərinin təqdiminə xidmət göstərən poetik strukturun, ifadə tərzinin xüsusiyyətlərinə uyğun olaraq bütün beytlərin ikinci misralarının izafət birləşmələri üzərində qurulmasıdır ki, bu da özlüyündə şeirin dilində müəyyən ağırlaşma yaratmışdır. Beytlərdə ilk misralarla müqayisədə ikinci misraların nisbətən qəlizliyi, onlarda alınma sözlərin çoxluğu (hərçənd ki, bunların da böyük əksəriyyəti dilimizdə əsrlərdən bəridir ki, vətəndaşlıq hüququ qazanmışdır) da ilk növbədə bununla bağlıdır.
Türkiyəli alim Ersen Ersoy 2013-cü ildə yayınlanmış "XIV-XVI. yüzyıllar arasında yazılmış bazi şiirleri ihtiva eden bir mecmua ve İbn-i Ömerin şiirleri" məqaləsində Parisdə milli kitabxanada saxlanılan bir əlyazmada bir sıra şairlərin əsərləri ilə yanaşı, İ. Həsənoğlunun vaxtı ilə Barbara Fleminq tərəfindən aşkarlanmış qəzəlinə də rast gəldiyini nəzərə çatdırmışdır. E. Ersoyun yazdığına görə, Paris kitabxanasındakı əlyazmada qeydə alınan Həsənoğlu qəzəli B. Flemminq nüsxəsi ilə müqayisədə bir neçə beyt artıqdır.
İzzəddin Həsənoğlunun Azərbaycan türkcəsində bilinən 3-cü qəzəli "Kim" rədifli qəzəlidir.
Əcəb bilsəm, bəni şeyda qılan kim?
Bana bu eşq odun peyda qılan kim?
Əcəblərəm, əcəb qaldum ilahi
İman əhlin dutub tərsa qılan kim?
Bu şeiri ritorik sual üzərində qurulmuş lakonik və məzmunlu tövhidnamə adlandırırlar. Qəzəl sadə, axarlı və ekspressiv bir dilə malikdir.
"Kitabi-Sirətin-Nəbi" məsnəvisi