Qlüksburq qəsri - Almaniyanın Qlüksburq şəhərində yerləşən qəsr. Avropa intibah dövrünün ən gözəl nümunəsidir.

Haqqında Qəsr 1582-1587-ci illəri arasında Şlesviq-Holşteyn-Sonderburq hersoqu II Karlın (1545-1622) şərəfinə Nikolaus Kariye tərəfindən keçmiş monastır ərazisində tikilib. Tikilərkən sudan qorunması üçün 2.5 metr hündürlündəki qranit blok üzərində tikilib. Tikintidə istifadə olunan kərpiclər isə monastırın xarabalıqlarından götürülüb. Qəsrin əsası 30 m2-lik 3 evdən ibarətdir. Böyük zallar və vestibül mərkəzi evdə yerləşir. Qalan iki ev isə yaşayış üçündür.

Qəsrin qüllələrinin diametrləri 8 metrdir.

Qalereya

Kateqoriya:Almaniya qəsrləri Kateqoriya:1582-ci ildə yarananlar Kateqoriya:XVI əsr memarlığı