Qar-Dosar mağarası və ya Qar-e-dosar — İran ərazisində speleoloqları tərəfindən aşkar olunan mağara. Dünyanın 4-cü ən böyük mağarası hesab olunur.
Qar-Dosar mağarası Yəzd vilayətində Mexriz yaxınlığında yerləşir. Digər adı Qar-e-dosar (Ghar-e-dosar) mağarasıdır. Mağara 2012-ci ilin fevral ayında aşkar edilsə də, burada kompüter modelləşdirilməsi işlərinə yalnız bu yaxınlarda son verilib.
Mağaranın uzunluğu 385 m, eni 265 m, hündürlüyü isə 70 m-dir. Mağaranın ümumi sahəsi - 81 500 kv.m-ə çatır.
İstinadlar
Kateqoriya:İran mağaraları