Vidadi Salahov (Vidadi Koroğlu oğlu Salahov ; 31 dekabr 1957 – 14 oktyabr 2018) — tarix üzrə fəlsəfə doktoru, "Turan-exspress" qəzetinin baş redaktoru,"Tərəqqi" medalı laureatı, Tarix elmləri doktoru, professor, Qazaxıstan hökuməti yanında Dövlət Tarixi İnstitutunun Tarix Akademiyasının akademiki, Qazaxıstanın Azərbaycan Mədəniyyət Mərkəzləri Birliyinin rəhbəri.
Həyatı və fəaliyyəti Vidadi Koroğlu oğlu Salahov 1957-ci il dekabrın 31-də Kəlbəcər rayonunun Bağlıpəyə kəndində anadan olmuşdur. 1978–1983-cü illərdə Voronej Dovlət Universitetinin tələbəsi olmuşdur. Tarix üzrə fəlsəfə doktorudur. 1983–1987-ci illərdə Tselinoqradda 23 saylı orta məktəbin tarix muəllimi kimi calışmışdır. Beynəlxalq Ekologiya və Energetika Akademiyasının müxbir üzvüdür. 1987–1992-ci illərdə Kemerov vilayəti Tastaqol rayonunun Kondama kəndinin orta məktəbinin tarix muəllimi kimi fəaliyyət göstərmişdir. 1994–1997-ci illərdə Akmola vilayətinin Tselinoqrad rayonunun "Priziv" qəzetində muxbir vəzifəsində işləmişdir. 1997–2004-cü illərdə "Akmola" Astana şəhərində fəaliyyət gostərən "Azamat", "Times" qəzetinin müxbiri olmuşdur. 2004-cü ildə "Turan-exspress" qəzetinin baş redaktoru vəzifəsində calışmağa başlamışdır.
Ailəsi Ailəlidir
Ölümü 14 oktyabr 2018-ci ildə vəfat edib.
Təltifləri Qazaxıstan Prezidentinin 2 minnətdarlıq məktubu, "Qızıl qartal" ordeni ilə (Qonover),16 diplom və fəxri fərmanlar, 2011-ci il iyulun 4-də isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun mohkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
İstinadlar
Xarici keçidlər Переход казахского алфавита на латинскую графику вызвал интерес тюркских государств — Видади Салахов Все права защищены. Используйте активную ссылку на Дружба народов Вивади САЛАХОВ Vidadi Salahov: "Azərbaycanlılar Qazaxıstanın bütün dövlət orqanlarında çalışırlar" Kateqoriya:Qazaxıstan azərbaycanlıları Kateqoriya:Qazaxıstan tarixçiləri Kateqoriya:Azərbaycan tarixçiləri Kateqoriya:Azərbaycanlı tarixçilər Kateqoriya:Azərbaycan qəzet redaktorları